Bakının Yasamal rayonunda bir nəfər bıçaqlanıb.
Hadisə Abbas Mirzə Şərifzadə küçəsində yerləşən qəbirstanlıq ərazisində qeydə alınıb.
1979-cu il təvəllüdlü İmaməliyev Nail Salman oğlu naməlum şəxslə dava zamanı bıçaqlanıb.
Yaralı döş qəfəsinin kəsilmiş-deşilmiş xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Mənbə: Oxu.Az