Susanna intihar edib, yoxsa onu öldürüblər?
17 may 2017- ci il tarixdə yaşadığı evin eyvanından düşüb dünyasını dəyişən iki uşaq anası Susannanın müəmmalı ölümü hələ də medianın gündəmindədir. Onu tanıyanları və hadisə barədə eşidənləri bir sual düşündürür: Susanna intihar edib, yoxsa onu öldürüblər?
Lənkəran şəhəri M.M.Axund küçəsi 132- də yaşayan Lənkəran rayon sakini 1959-cu il təvəllüdlü Şərifova Olqa Alekseyevna 6 övlad anasıdır. Övladları öz nümunəvi davranışları və ədəb - ərkanı ilə hörmət sahibidirlər. Hal- hazırda onların hərəsi bir ailə sahibidir. Cəmiyyətdə normal bir ailə kimi mövqe tutublar.
Olqa Şərifova deyir ki, sonuncu övladı 1986- cı il təvəllüdlü Şərifova Susanna Şakir qızı Bakı şəhəri, Nəsimi rayon Mərdənaov qardaşları küçəsi, ev 20, mənzil 21 - də qeydiyyatda olan və yaşayan 12 iyun 1978- ci il təvəllüdlü Baxşıyev Əbülfəz Yusif oğlu ilə 11 oktyabr 2009- cu ildə qeyri- rəsmi ailə qurublar. Bunların birgə evliliklərindən iki qız övladları vardır.
Susanna Əbülfəz Baxşıyevlə evləndikdən sonra məlum olur ki, həyat yoldaşı narkomandır və narkoloji disponser qeydiyyatındadır. O, 2006- cı il Bakı şəhəri Xətai rayon Məhkəməsinin 1- 62/2006 saylı hökmü ilə AR CM- nın 234.1 – ci maddəsi ilə məhkumluq həyatı yaşamışdır. Lakin qızım Əbülfəzin bütün hərəkətlərinə dözərək ata evinə qayıtmaq istəmir. Çünki o boşanmış qız adı ilə qayıtmağı qüruruna sığışdırmayıb, həm də fikirləşirdi ki, bəlkə əri bu yoldan qayıda bildi.
Əbülfəz Baxşıyev 04.07. 2011- ci il tarixli 1(004)-364/2011 saylı Bakı şəhər Yasamal rayon Məhkəməsinin hökmü ilə təqsirli bilinərək eyni əməlinə görə azadlıqdan məhrum edilir.
Həbsdən qayıtdıqdan sonra Əbülfəzin xasiyyəti xeyli dəyişir və kobudlaşır. Tez - tez ailədaxili münaqişələri baş versə də, Susanna bütün bunlara səbr edib, dözürdü. Çünki arada övladları var idi. Evdə baş verən bütün münaqişələrin səbəbkarı isə Əbülfəzin anası Simuzər Baxşıyeva olurdu. O, oğluna psixoloji təsir edərək bildirir ki, anası rus millətindən olan bir qızla nahaq evlənib. Halbuki, Olqa Alekseyevna Azərbaycana gəlin köçdükdən sonra Azərbaycan Respublikasının Qanunlarına, Azərbaycanın milli mentalitetinə, adət- ənənəsinə hörmətlə yanaşıb və əməl edibdir. Övladlarımı da əsl azərbaycanlı kimi böyüdübdür. Rus millətinin nümayəndəsi olsa da, Amma özünü əsl azərbaycanlı kimi hiss etmişdir. Azərbaycanı öz doğma vətəni sanır.
28 oktyabr 2016- cı il tarixində Susannanın ikinci qız övladı dünyaya gəlir. Bundan sonra Simuzər Baxşıyeva ailədaxili münaqişəni daha da qızışdırır. O, insanlığa sığmayan bir cinayətə əl ataraq zor gücü ilə övladlarını qızımdan almaq qərarına gəlir. Məqsədi o idi ki, notarial qaydada övladlarını qızımdan ayırdıqdan sonra ataları Əbülfəzlə İsveçrənin Stolkholm şəhərinə göndərsin və orada o, azyaşlı uşaqlarına baxan şəxs kimi İsveçrə hökümətindən yardım alsın.
Simuzər Baxşıyeva öz məqsədinə çatmaq üçün ən iyrənc vasitələrə əl atırdı ki, qızım notarial qaydada övladlarından imtina edib və onları İsveçrəyə aparılması üçün Əbülfəzə razılıq versin. Lakin Susanna bütün işgəncələrə və insan ləyaqətinə sığmayan təhqirlərə dözərək övladlarından ayrılmaq istəmirdi.
24 fevral 2017- ci il tarixindən 15 may 2017 -ci il tarixinədək Susanna bu ailə tərəfindən ən sərt, amansız təhqir və işgəncələrə məruz qalır. Hər gün mütəmadi olaraq döyülür. Qızım iradəsini qıra bilmədiyini görəndə Simuzər Baxşıyeva ona bildirir ki, əgər notariusa gedib övladlarından imtina edib və onların xaricə aparılması üçün razılıq verməsən səni oğluma öldürtdürüb və lazım gələrsə, qanını da bağlayaram. Bunun üçün həm pulum, həm də, yuxarı dairələrdə adamlarım da var.
Heç bir nəticə hasil olmadığını görən Simuzər Baxşıyeva ən irgənc üsullardan istifadə edib Suzananın möhkəm iradəsini qırmaq üçün oğluna Suzannanın saçlarını qırxdırır.
Susanna nəhayət, bu ailədə yaşamağın mümkün olmadığını dərk edərək özünü və iki övladını xilas etmək qərarına gəlir. O, bu barədə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə, Azərbaycan Respublikasının Ombudsmanı Elmira Süleymanova, Nəsimi Rayon Məhkəməsinə və digər aidiyyəti qurumlara müraciət edir. Lakin aidiyyəti qurumlar zamanında heç bir tədbir görmürlər.
15 may 2017- ci il tarixində Simuzər Baxşıyevanın gözü önündə Əbülfəz Susannanı döyüb və ona ən ağır işgəncələr verməyə başlayır. Onun təpik zərbələrindən xilas olmaq üçün qızım evin eyvanına qaçıb, qışqırıb həyətdəki insanları köməyə çağırmaq istəyir. Bu zaman Əbülfəz dərhal onu eyvandan itələyir. Susanna bir neçə dəqiqə eyvanın dəmirindən asılı qalaraq, insanları köməyə çağırır (Bu hadisəni vətəndaşlar videoya da çəkib və you tube də yerləşdiriblər. Həmin videolardan ən təsdiqedici fakt Susannanın intiharı videosudur.) və qızım faciəli surətdə vəfat edir.
Əbülfəz Baxşıyev Azərbaycan Respublikasının Nəsimi Rayon Məhkəməsinin 1(006)-33/2018 saylı hökmü ilə AR CM- nın 125.1- ci maddəsi ilə 6 il azadlıqdan məhrum edildi.
Valideynlərin himayəsindən mərhum olunmuş nəvələrim 08.05. 2011- ci il təvəllüdlü Baxşıyeva Nərgiz Əbülfəz qızı və 28.10. 2016- cı il təvəllüdlü Baxşıyeva Nəzrin Əbülfəz qızımın qaynanası Simuzər Baxşıyeva ilə birgə yaşa mağa başlayırlar.
Olqa Alekseyevna nəvələrinin qəyyumluğa verilməsi ilə bağlı aidiyyəti qurumlara müraciət edibdir. Lənkəran şəhər İcra Hakimiyyətinin nəvələrinin qəyyumluğma verilməsi barədə 21.06. 2017- ci il tarixli sərəncamı vardır. Nəsimi Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının 10.07. 2017- ci il tarixli müayinə aktında nəvələrimin daha çox diqqət və qayğıya ehtiyacları olduğundan Simuzər Baxşıyevanın yanında yaşamalarını onların mənafeyinə uyğun hesab etməmişdir. Bununla yanaşı, 100 nəfər vətəndaş imza edərək bildiriblər ki, Susannanın yetim övladlarının Simuzər Baxşıyevanın yanında yaşamaları, onların sağlamlığına, fiziki, psixi, mənəvi və əxlaqı inkişafına ağır zərbədir.
Olqa Alekseyevna bildirib ki, nəvələrinin qəyyumluğu ilə iş hal- hazırda Nəsimi Rayon məhkəməsindədir. Məhkəmədən bildiriblər ki, məsələ ilə bağlı Nəsimi rayon İcra Hakimiyyəti öz qərarını verəndən sonra, Nəsimi Rayon Məhkəməsində bu işə hüquqi qiymət verilə bilər.
Olqa Alekseyevna qızının faciəli şəkildə ölümü ilə sarsılsa da, lakin ümidini üzməmişdir. O, Böyük ümidlə hörmətli Prezidentimiz cənab İlham Əliyevə və onun xanımı I Vitse Prezident Mehriban xanım Əliyevaya etdiyi müraciətlərində bildirib: “Öz oğlunu cəmiyyət üçün layiqli fərd kimi yetişdirə bilməyən, oğlu tərəfindən qızıma işgəncələr verilməsinə və onun öldürməsinə səbəbkar olan Simuzər Baxşıyevanın nəvələrimə qəyyumluq etməsi anaları Suzananın ruhuna və mənim mənəviyyətima olan ağır zərbədir.
Göydə uca tanrıya, yerdə isə Sizə sığınıb xahiş edirəm. Başıma gələn bütün bu müsibətləri və ərizəmdə göstərdiyim faktları nəzərə alıb, Nəsimi Rayon İcra Hakimiyyətində nəvələrimin qəyyumluğu ilə bağlı ədalətli qərar verilməsinə və hüquqi qiymət almasına köməklik göstərəsiniz.
Simuzər Baxşıyeva xaricdə yaşayan qızlarının pullarına yuxarı dairədə hər hansı məmur qohumuna güvənirsə də, mənim nə pulum, nə də, yuxarı dairədə məmur qohumum var. Yeganə ümidim və köməyim Sizsiniz. Əminəm ki, mənə kömək əlinizi uzadacaqsınız. Qabaqcadan Sizə öz adımdan və ailəmizin adından minnətdarlığımızı bildiririk. “
Biz öz növbəmizdə inanırıq ki, ölkə Prezidenti cənab İlham Əliyev və hörmətli xanımı 1 – ci -Vitse Prezident Mehriban xanım Əliyeva, Olqa ananın qızının faciəli ölümü ilə bağlı və yaşadığı o ağır günləri nəzərə alıb, ona kömək əlini uzadacaqlar.
El məsəlidir: “haqq nazilər, ancaq üzülməz”. Yəqin ki, bu məqaləmizdən sonra Susananın müəmmalı ölümü ilə bağlı suallara cavab tapmaq rahat olar.
ulusestv.az