Qobustanda ağır yol-nəqliyyat hadisəsi baş verib.
ulusestv.az “Qafqazinfo” ya istinadən xəbər verir ki, hadisə səhər saatlarında Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Qobustandan keçən hissəsində baş verib.
İki “VAZ” markalı minik avtomobillərin toqquşması nəticəsində biri sürücü olmaqla, iki nəfər hadisə yerində ölüb.
Avtomobildə olan digər 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Şamaxı rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
***
Bakı Şamaxı Yevlax yolunda baş verən qəzada ölən və xəsarət alanların kimliyi bəlli olub. Qəza zamanı hadisə yerində ölənlər Ağsu rayon Daşdəmirli kənd sakini, 1966-cı il təvəllüdlü Rüstəmov Əhmədağa Əhmədalı oğlu və Sumqayıt sakini, 1994-cü il təvəllüdlü Rufullayev Samir Cəfərxan oğludur.
Hadisə zamanı xəsarət alanlar,1961-ci il təvəllüdlü Şıxəliyeva Fəridə Balda qızı, 1964-cü il təvəllüdlü Rüstəmova Gülzar Balda qızı, Sumqayıt sakini, 1992-ci il təvəllüdlü Verdiyev Seyidağa Elçin oğludur.