Gəncə şəhər sakinindən tapança və avtomat götürülüb.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, şəhər sakini, əvvəllər məhkum olunmuş 28 yaşlı Osman Mərdənov saxlanılıb. Onun üzərində şəxsi axtarış keçirilən zaman 1 ədəd “Makarov” sözü yazılan qaz tapançası aşkar olunaraq götürülüb.
Onun yaşadığı evə baxış keçirilən zaman sellofan torbaya bükülmüş, buraxılış ili və nömrəsi silinmiş “Kalaşnikov AK 74” markalı avtomat, həmin avtomata aid 1 ədəd daraq və 30 ədəd 5.45 mm kalibirli avtomat güllələri aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
“Qafqazinfo”