Türkiyənin BluTV internet kanalında yayımlanan “İlk və son” serialının 3-cü mövsümünün baş qəhrəmanları müəyyənləşib.
“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu dəfə baş rollar aktrisa Bergüzar Korellə aktyor Timuçin Esenə həvalə olunub.
Qeyd edək ki, ilk sezonu 2021-ci ildə yayımlanan “İlk ve son” gənc cütlük Barış və Dənizin münasibətindən bəhs edirdi. Bu iki obrazı Özge Özpirinççi və Salih Bademci canlandırıb. 2024-cü ildə yayımlanan ikinci sezonda Hazal Subaşı və Ulaş Tuna Astepenin canlandırdığı Nilüfer və Cihan cütlüyünün yaşadıqları eşq hekayəsi də izləyicilər tərəfindən maraqla qarşılanmışdı.