İkiqat “Qızıl qlobus” mükafatı laureatı, “Oskar” və “BAFTA” mükafatlarına nominant amerikalı aktyor Corc Siqal 87 yaşında dünyasını dəyişib.
Ulusestv.Az “Qafqazinfo” ya istinadən xəbər verir.
O, koronar şuntlamadan sonrakı ağırlaşmalar səbəbindən vəfat edib.
Qeyd edək ki, Siqal son illər “Qoldberqlər” (2013-...) sitkomunda çəkilirdi.