Rusiyanın əməkdar jurnalisti, “TASS” agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman yanvarın 23-də 70 illik yubileyini qeyd edəcək.
ulusestv.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Bakıda anadan olan Mixail Solomonoviç “Moskva-Bakı” portalına müsahibəsində yubileyini Azərbaycanın paytaxtında keçirəcəyini bildirib.
“Bakıdakı dostlarımla birlikdə Azərbaycan Mədəniyyət Nazirliyi, Moskva hökuməti və “TASS” xəbər agentliyi tərəfindən keçiriləcək “Bakı-Moskva - mədəniyyətlərin dialoqu” konfransında iştirak etməyi planlaşdırıram. Konfransa dəvət olunmuşam və bir çox azərbaycanlı dostum orada olacaq, buna görə ad günümüzü bu tədbirin bir hissəsi kimi qeyd edəcəyik”, - deyə Qusman söyləyib.
O, daha sonra sözlərinə belə davam edib: “Masamda həmişə Azərbaycan yeməkləri var. Nə səhər, nə nahar, nə də şam yeməyini Azərbaycan mətbəxi olmadan təsəvvür edə bilmirəm. Və bütün həyatımı...Ən sevdiyim yemək Bakı üslubunda hazırlanan pomidor-yumurta yeməyidir.
Bundan əlavə, bütün evim və ofisim, eləcə də bütün həyatım vətənimin - Azərbaycanın xatirələrindən ibarətdir. Yalnız suvenirlər şəklində deyil, həm də ritm və həyat tərzi...Mümkün olan kimi, ayda bir dəfə Bakıya gəlirəm”.