Azərbaycan prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 887 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili xidmət nizamnaməsi”ndə dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 1 oktyabr tarixli 1264-VQD nömrəli Qanununun tətbiqi barədə sərəncam imzalayıb.
ulusestv.az Oxu.Az-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 887 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili xidmət nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər nəzərdə tutulur:
1. 43-cü maddənin birinci və üçüncü hissələrində, 142-ci maddənin birinci hissəsinin doqquzuncu abzasında, 166-cı maddənin birinci hissəsində, 261-ci maddənin ikinci hissəsinin səkkizinci abzasında, 297-ci maddənin birinci hissəsinin on dördüncü abzasında, 305-ci maddənin birinci hissəsinin dördüncü abzasında “papiros” sözü “tütün” sözü ilə əvəz edilsin.
2. 156-cı maddənin üçüncü hissəsində “Papiros” sözü “Tütün” sözü ilə əvəz edilsin.
3. 257-ci maddənin birinci hissəsinin altıncı abzasında “papirosu” sözü “tütünü” sözü ilə əvəz edilsin.
4. Həmin nizamnaməyə 5 saylı əlavənin 2-ci maddəsinin birinci hissəsinin ikinci abzasında və 4-cü maddəsində, 8 saylı əlavənin “b” bəndinin səkkizinci abzasında “papiros” sözü “tütün” sözü ilə əvəz edilsin.
Nazirlər Kabinetinə Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 887 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili xidmət nizamnaməsi”ndə dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək; Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək; habelə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək tapşırılıb.