Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında növbədənkənar parlament seçkilərində iştirak etmək üçün müraciət edən bir sıra partiyaların səlahiyyətli nümayəndələrinin qeydə alınması ilə bağlı müraciətlərə baxılıb.
ulusestv.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, iclasda Demokratik İslahatlar Partiyasının, Azərbaycan Liberal Demokrat Partiyasının, Azərbaycan Demokratik Maarifçilik Partiyasının, Müasir Müsavat Partiyasının səlahiyyətli nümayəndələri qeydə alınıb.
Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bildirib ki, bu günə kimi 19 siyasi partiyanın səlahiyyətli nümayəndələri qeydə alınıb.
Qeyd edək ki, indiyə kimi 569 şəxsin namizədliyi təsdiq olunub. Onlardan 439-u imza vərəqəsi götürüb.