Milli Məclisin növbəti plenar iclası martın 30-da keçiriləcək.
ulusestv.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, iclasdan öncə martın 27-də deputatlar test yoxlanışından keçəcək.
İclasın gündəliyində hansı məsələlərin müzakirə ediləcəyi hələlik məlum deyil. Hazırda ictimaiyyəti maraqlandıran əsas məsələ yaşı 65-dən yuxarı olan deputatların iclasda iştirak edib-etməməsidir.
Bildirək ki, Azərbaycanda elan edilmiş xüsusi karantin rejimi ilə əlaqədar yaşı 65-dən yuxarı olan şəxslərin küçəyə çıxması qadağan edilib.
Deputat Fəzail Ağamalı "Qafqazinfo"ya bildirib ki, əgər imkan yaradılarsa, iclasda iştirak etmək fikri var: "Ancaq bilirsiniz ki, hazırda bununla bağlı qadağa var. Biz təkliflərimizi onlayn da verə bilərik. İstənilən halda yaşı 65-dən çox olan deputatların sayı Milli Məclisdə çoxluq təşkil etmir. Biz iştirak etməsək belə, yetərsay var".