“Bakı Mexaniki Təmir” ATSC Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən qızğın döyüşlərdə Ordumuzun uğurlu əməliyyatına dəstək olmaq məqsədilə maliyyə dəstəyini təmin etmək üçün yaradılmış Silahlı Qüvvələrə Yardım Fonduna ianə edib.
“Bakı Mexaniki Təmir” ATSC-nin Baş icraçı direktoru Vüsal Nəsibovun sözlərinə görə, ölkəmizin hazırda müharibə şəraitində olduğunu nəzərə alaraq hər birimiz güclərimizi səfərbər edib Vətənimizə maddi və mənəvi dəstəyimizi əsirgəməməliyik: “Bizim bir xalq olaraq birlik, həmrəylik, nizam-intizam nümayiş etdirməyimiz, ordumuza dayaq olmağımız və bir vətəndaş kimi üzərimizə düşən bütün vəzifələrimizi layiqincə yerinə yetirməyimiz vacibdir”.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızı işğaldan azad edən şanlı Ordumuzla qürur duyuruq.
Qarabağ Azərbaycandır!
"Qafqazinfo"