Çində son sutka ərzində daha 15 nəfərdə koronavirus aşkarlanıb, ölən olmayıb. Ulusestv.Az “Qafqazinfo”ya istinadən bildirir ki, bu barədə “worldometers.info”da məlumat verilib.
Bununla da ölkədə koronavirusa yoluxanların sayı 85 536-ya çatıb, ölənlərin sayı əvvəlki kimi 4 634-dür.
Ümumilikdə 80 696 xəstə sağalıb. Ölkədə 206 aktiv koronavirus xəstəsi var ki, onlardan da 2-nin vəziyyəti ağır qiymətləndirilir.