Çində son sutka ərzində daha 25 nəfərdə koronavirus aşkarlanıb, ölən olmayıb. Ulusestv.Az “Qafqazinfo”ya istinadən bildirir ki, bu barədə “worldometers.info”da məlumat verilib.
Bununla da ölkədə koronavirusa yoluxanların sayı 87 052-yə çatıb, ölənlərin sayı əvvəlki kimi 4 634-dür. Ümumilikdə 82 050 xəstə sağalıb.
Ölkədə 368 aktiv koronavirus xəstəsi var ki, onlardan da 6-nın vəziyyəti ağır qiymətləndirilir.