Kolumbiyada artıq iki gündür koronavirusa yoluxanların sayında rekord göstəricilər qeydə alınır.
Ulusestv.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, son 24 saat ərzində ölkədə koronavirusa 25 092 yoluxma halı qeydə alınıb. Daha əvvəlki anti-rekord isə (23 487 hal) çərşənbə günü olub.
Mayın 27-də 22 425 pasiyent sağalıb, 513 xəstə dünyasını dəyişib.
Nəticədə koronavirusdan sağalanarın sayı 3 101 390, yoluxanların sayı 3 319 193, ölənlərin sayı isə 86 693 təşkil edib.
Qeyd edək ki, Kolumbiyada koronavirusa ilk yoluxma halı 2020-ci il martın 26-da aşkar olunub.