• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video

Folklorşünas alim Elxan Məmmədlinin əziz xatirəsinə yaxın dostu Elşad müəllimdən.

sosial / gundem / manset

12-04-2026, 10:55

Folklorşünas alim Elxan Məmmədlinin əziz xatirəsinə yaxın dostu Elşad müəllimdən.
Hər xalqın yaddaşı onun sözündə, sazında, nəğməsində və yaddaşdan-yaddaşa ötürülən folklor xəzinəsində yaşayır. Bu yaddaşı qoruyan insanlar isə zamanın fövqündə dayanaraq millətin ruhunu gələcəyə daşıyan seçilmiş şəxsiyyətlərə çevrilirlər. Elxan Məmmədli məhz belə nadir insanlardan biri idi — o, sadəcə folklor toplayıcısı deyil, milli ruhun keşiyində duran səssiz bir mühafizəçi idi.
Əziz dostum Elxan Məmmədlinin elmi fəaliyyəti və yaradıcılığı haqqında çoxsaylı yazılar, xatirələr qələmə alınmışdır. Lakin mən Elxan müəllimi daha yaxından tanıyan, onunla həyatın müxtəlif məqamlarını bölüşmüş bir insan kimi bu sətirləri yazıram. Çünki biz yalnız dost deyil, həm də qonşu olmuşuq. Necə deyərlər, uzaq qohumdan yaxın qonşu daha əziz və doğmadır. Bu yaxınlıq illər keçdikcə sadə qonşuluq münasibətindən çıxaraq mənəvi qardaşlığa çevrilmiş, həyatın çətin və sevincli anlarında bir-birinə dayaq olan iki insanın dostluq salnaməsini yaratmışdır.
2001-ci ildə Bakının Əmircan qəsəbəsində aldığım ilk evin xeyir-duasını verən də məhz Elxan müəllim olmuşdur. Qısa zaman kəsiyində xarakterlərimizdəki uyğunluq bizi səmimi və ayrılmaz dostlara çevirdi. Demək olar ki, hər səhər evimizin yaxınlığındakı stadionda və parkda birlikdə idman edərdik. Onunla keçirdiyim bu anlar təkcə fiziki deyil, mənəvi cəhətdən də zəngin idi. Elxan müəllimin maraqlı və dərin məzmunlu söhbətlərindən doymaq mümkün deyildi. Bu söhbətlərdə o, təkcə alim kimi deyil, həm də müdrik bir insan kimi çıxış edir, həyatın fəlsəfəsini sadə, lakin dərin məna ilə izah edirdi.

O, elmi fəaliyyəti ilə bağlı Azərbaycanın müxtəlif rayon və şəhərlərini qarış-qarış gəzərək folklor nümunələri topladığını böyük həvəslə danışardı. Bu səfərlər onun həyatının ayrılmaz hissəsi idi və o, topladığı materiallara yalnız elmi fakt kimi deyil, milli yaddaşın canlı daşıyıcıları kimi yanaşırdı. Bu yol asan yol deyildi — o, ucqar kəndlərə gedir, çətin şəraitdə yaşayır, saatlarla yaşlı insanların yaddaşını dinləyir, unudulmaq üzrə olan söz incilərini səbrlə toplayırdı. Bəzən yorğun, bəzən çətinliklər içində olsa da, heç vaxt bu yoldan dönmədi. Çünki o yaxşı bilirdi ki, itirilən hər bir folklor nümunəsi xalqın yaddaşından silinən bir səhifədir.
1969–2009-cu illər ərzində Azərbaycan radiosu və televiziyasında yayımlanan “Bulaq”, “Ustadnamə”, “Gözəlləmə”, “Saritel” kimi verilişlərdə müəllif və aparıcı kimi fəaliyyəti onun bu sahədəki xidmətlərinin bariz nümunəsidir. Bu verilişlər vasitəsilə o, təkcə folkloru təqdim etmir, eyni zamanda milli kimliyi qoruyan bir maarifçi missiya həyata keçirirdi. Onun səsi, onun izahı və təqdimatı ilə xalq özünü daha yaxından tanıyırdı.

Elxan müəllimlə dostluğumuz məndə də aşıq sənətinə və milli musiqimizə dərin maraq oyatdı. Onun evinə tez-tez qonaq gələn aşıqlar ilə məni də tanış edərdi. Xüsusilə Cənubi Azərbaycandan Böyükbəy Ələkbərlinin rəhbərliyi ilə gələn aşıqlar Bakıda olduqları zaman Elxan müəllimin evində qonaq qalardılar. Bilgəhdə yerləşən evlərində təşkil olunan aşıq məclisləri milli ruhun, sözün və sazın bayramına çevrilərdi. Qismət elə gətirdi ki, həmin məclislərdən biri mənim Qaladakı evimdə də təşkil olundu. Bu məclislər sadəcə yığıncaq deyildi — bu, xalq ruhunun dirçəldiyi, sazın səsinin tarixlə danışdığı müqəddəs məkanlar idi.
Elxan müəllimin sadəliyi, səmimiyyəti və insanpərvərliyi onun ən böyük xüsusiyyətlərindən idi. Bir gün axşam evə qayıdanda həyat yoldaşım onun yüksək insani keyfiyyətlərindən danışaraq belə dedi:
“Elşad, bazardan əlimdə torbalarla gəlirdim. Elxan müəllim məni uzaqdan görən kimi tələsik yaxınlaşıb torbaları əlimdən aldı və üçüncü mərtəbəyə qədər özü qaldırdı. Mən bundan çox utandım.”
Bu hadisə onun necə diqqətli və qayğıkeş insan olduğunun sadə, lakin dərin mənalı nümunəsidir. Belə davranışlar onun daxili mədəniyyətinin, tərbiyəsinin və insanlara olan səmimi münasibətinin aynası idi.
Elxan müəllim həqiqətən də Azərbaycan kişisinə xas olan ən yüksək mənəvi keyfiyyətləri özündə cəmləşdirirdi. Valideynlərinə olan bağlılığı, xüsusilə atasının xəstə olduğu dövrdə göstərdiyi qayğı və ehtiram bizə canlı örnək idi. Ailəsinə son dərəcə bağlı insan idi. Həyat yoldaşı Hacı Səfiyyə xanım həm qonşular, həm də çalışdığı kollektiv arasında böyük hörmətə malik idi. Övladları – Hacı Elnur, gəlini doktor Sədaqət xanım və qızı doktor Xuraman da ailənin yüksək mənəvi dəyərlərini layiqincə davam etdirən, hamımıza doğma və əziz insanlardır.
Bu ailə yalnız bir ailə deyil, mənəvi dəyərlərin qorunduğu, hörmət və sevginin yaşadığı bir ocaqdır. Əmircandan köçməyimizə baxmayaraq, Elxan müəllimlə ailəvi dostluq münasibətlərimiz heç vaxt kəsilmədi. Tez-tez bir-birimizə qonaq gedər, xoş günlərimizi birlikdə bölüşərdik. Bu münasibət sübut edirdi ki, həqiqi dostluq məsafə tanımır, zamanla zəifləmək əvəzinə daha da möhkəmlənir.
Onun dünyasını dəyişməsi xəbəri məni dərindən sarsıtdı. Həqiqətən də mən yalnız bir dostu deyil, həm də bir qardaşı, bir mənəvi dayağı itirdim. Bu itki təkcə mənim üçün deyil, onu tanıyan hər kəs üçün ağır oldu. Çünki belə insanlar cəmiyyət üçün nadir sərvətdir.
Amansız xəstəlik onu aramızdan alsa da, Elxan müəllimin işıqlı xatirəsi həm mənim, həm də onu tanıyan hər kəsin yaddaşında əbədi yaşayacaqdır. O, yalnız bir alim deyil, həm də böyük ürək sahibi, saf və nurlu insan idi. Onun vətənə sevgisi, milli dəyərlərə bağlılığı və gördüyü işlər onu unudulmaz edən əsas amillərdir. O, həyatını Azərbaycan folkloruna həsr etmiş, bu yolda heç bir çətinlikdən çəkinməmişdir.
Ruhun şad, məkanın cənnət olsun, dəyərli dostum Elxan müəllim.
Sənin xatirən heç zaman unudulmayacaq. Sən getdin, amma qoyduğun izlər, topladığın sözlər, yaşatdığın dəyərlər bu xalqın yaddaşında daim yaşayacaq.
Hörmətlə,
Yaxın dostu
Elşad Şəfəqqətov

Elxan müəllimin Elşad müəllimə son yazdıqım mesaj

Oxunub: 152
Paylaş:
Digər xəbərlər

gundem / ust / manset

2-06-2024, 20:48

Elxan Nəcəfov nazir oldu

gundem / sosial / manset

10-09-2025, 12:21

“Quran”ı yandırması ilə gündəm olan Elxan Nəbiyev vəfat etdi

gundem / sosial / manset

26-02-2026, 17:14

Göy üzündən Yerlər uzaq görünər: Vidadi Zalovun əziz xatirəsinə

idman / manset

31-08-2023, 12:53

Elxan Məmmədov: “Hər kəsə sübut etdim ki, yaş hər zaman mühüm rol oynamır”

gundem / ust / manset

29-06-2023, 11:55

Milli Qəhrəman Elxan Zülfüqarovun - Doğum günüdür

ULUSƏS TV
Son xəbərlər
  • Bu gün, 14:19
    Millimiz Fransaya qarşı
  • Bu gün, 14:15
    “Genişmiqyaslı bərpa-quruculuq işləri Böyük Qayıdışı daha da sürətləndirir”
  • Dünən, 22:18
    ZAQATALA RAYONU, MAZIX KƏNDİNDƏ NƏZARƏTSİZLİK TƏHLÜKƏLİ HƏDDƏ ÇATIB - SÜRÜCÜLƏR HƏR GÜN RİSK ALTINDADIR -VİDEO
  • Dünən, 21:40
    Sözün, zəkanın və insanlığın 50 illik işıqlı yoluna ehtiramla – Təyyar Yəhyayevə yubiley təbriki
  • Dünən, 21:11
    Aztürk Holding-in təşkilatçılığı ilə 28 May – Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib.
  • Dünən, 15:55
    “SONSUZ İNTELLEKTİN TƏZAHÜRLƏRİ” kitabından ixtisarla
  • Dünən, 15:03
    “SONSUZ İNTELLEKTİN TƏZAHÜRLƏRİ” kitabından ixtisarla
  • Dünən, 12:27
    Masallı qaz idarəsindən şikayət: “Heç bir rəsmi xəbərdarlıq edilmədən qazımız kəsildi” -VIDEO
  • Dünən, 12:19
    Vətənə sədaqətin və şərəfli ömrün nümunəsi – Vətən müharibəsi iştirakçısı, peşəkar idmançı və xeyirxah iş adamı Rəhman müəllim
  • Dünən, 11:18
    Yer kürəsinin fırlanma sürəti azalır - Yeni araşdırma
  • Dünən, 11:12
    Azərbaycan nefti ucuzlaşdı
  • Dünən, 11:08
    ABŞ daha bir ölkənin liderinə qarşı ƏMƏLİYYAT PLANI HAZIRLAYIR - ANONS EDİLDİ
  • Dünən, 11:04
    Azərbaycanda 330 kq çəkili kişi əməliyyat olundu
  • Dünən, 11:00
    Ürək və yuxu üçün ən faydalı məhsul açıqlandı
  • Dünən, 10:57
    Bu saatdan sonra yemək yemək qəti qadağandır
  • Dünən, 10:47
    "Sistemdə ciddi islahatlara ehtiyac var" - Kənd təsərrüfatı üzrə subsidiyalar niyə effektiv deyil?
  • Dünən, 10:43
    Dünya çempionatına 13 gün qaldı: ARGENTİNA - "La Albiceleste"
  • Dünən, 10:39
    Dəhşətə salan görüntü: Milyarder Ceff Bezosun raketi Floridada sınaq zamanı partladı
  • 28-05-2026, 21:13
    ŞUŞAYA GEDƏN QƏHRƏMANLIQ YOLU
  • 28-05-2026, 16:43
    Gənclərin İnkişaf və Karyera Mərkəzi tərəfindən regionlarda Müstəqillik Günü münasibətilə tədbirlər təşkil olunub
  • 28-05-2026, 15:11
    Azərbaycanın aqrar inkişaf strategiyası: Prezident İlham Əliyevin kənd təsərrüfatı və su təhlükəsizliyi siyasəti
  • 28-05-2026, 14:12
    Prezident Şuşa, Xankəndi və Xocalıya səfər etdi
  • 28-05-2026, 13:54
    Bir Qəhrəmanın gündəliyi…
  • 28-05-2026, 13:03
    İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir
  • 28-05-2026, 12:59
    Türkiyə XİN-dən Azərbaycana 28 May təbriki
  • 28-05-2026, 12:55
    Böyük Qaladərəsi kəndində Bayraq meydanı yaradılıb
  • 28-05-2026, 12:49
    Prezident Şuşanın Böyük Qaladərəsi kəndinə səfər etdi, sakinlərlə görüşdü
  • 28-05-2026, 12:38
    “Böyük Qayıdış” Gənclər Təşkilatı 28 may ilə bağlı tədbirlər keçirib
  • 28-05-2026, 12:33
    İlham Əliyevin sosial şəbəkə hesablarında Müstəqillik Günü ilə bağlı paylaşım olundu
  • 28-05-2026, 12:30
    Bu gün Azərbaycanda Müstəqillik Günü qeyd olunur
  • 28-05-2026, 12:27
    Mehriban Əliyeva Müstəqillik Günü münasibətilə paylaşım etdi
  • 28-05-2026, 12:16
    Rubio ABŞ-ın Azərbaycanla əməkdaşlığı möhkəmləndirməkdə maraqlı olduğunu bəyan edib
  • 28-05-2026, 12:12
    Prokuror onların 10 il həbsini tələb edir
  • 28-05-2026, 12:05
    Elin dualarında yaşayan ömür: Ağa İlqar Kazımovun nəcib missiyası
  • 27-05-2026, 15:17
    “Zeferyolu.az” informasiya agentliyinin rəhbəri Jalə Ağakişiqızından müqəddəs Qurban Bayramı təbriki
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Baş direktor: Şamil Məmmədəlioğlu
  • E-mail: [email protected] | [email protected]
  • Telefon: (+99455) 200-67-99
  • Baş məsləhətçi: Təyyar Yəhyayev
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Ulusestv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə