• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video

Azərbaycan Polisi - 108 illik şərəf, fədakarlıq və dövlətçilik məktəbi

sosial / manset

2-07-2026, 12:01

Azərbaycan Polisi - 108 illik şərəf, fədakarlıq və dövlətçilik məktəbi
İyulun 2-si Azərbaycan Polisi Günüdür. Bu il Azərbaycan polisi özünün yaranmasının 108-ci ildönümünü qeyd edir. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən əsası qoyulan polis orqanları ötən 108 il ərzində dövlətçiliyimizin qorunmasında, ictimai asayişin təmin edilməsində, qanunun aliliyinin bərqərar olunmasında və milli təhlükəsizliyimizin möhkəmləndirilməsində mühüm rol oynayıb.

Bu gün Azərbaycan Polisi yalnız hüquq-mühafizə orqanı deyil, həm də dövlətimizin müstəqilliyinin, suverenliyinin və konstitusiya quruluşunun etibarlı dayaqlarından biridir. Xalqla dövlət arasında etimad körpüsü rolunu oynayan polis orqanları peşəkarlıq, vətənpərvərlik və sədaqət prinsiplərinə əsaslanaraq fəaliyyət göstərir. Azərbaycan polisinin keçdiyi şərəfli xidmət yolunda Qarabağ uğrunda aparılan mübarizə xüsusi yer tutur. Birinci Qarabağ müharibəsi illərində polis əməkdaşları yalnız daxili təhlükəsizliyin təmin olunması ilə kifayətlənməmiş, eyni zamanda ön cəbhədə erməni işğalçılarına qarşı qəhrəmanlıqla vuruşublar. Həmin dövrdə yüzlərlə polis əməkdaşı şəhidlik zirvəsinə yüksəlib, çoxsaylı əməkdaşlar yaralanaraq sağlamlıqlarını Vətən yolunda qurban veriblər. 2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsi Azərbaycan polisinin fədakarlıq salnaməsinə yeni şanlı səhifələr yazdı. Polis əməkdaşları həm döyüş bölgələrində, həm də arxa cəbhədə üzərlərinə düşən vəzifələri yüksək peşəkarlıqla yerinə yetirdilər. Azərbaycanın tarixi Zəfərinin əldə olunmasında onların xidmətləri danılmazdır. Vətən müharibəsi zamanı ön cəbhədə döyüşən hərbçilərimiz və polis əməkdaşlarımız arxada ailələrinin, yaxınlarının və bütün xalqımızın təhlükəsizliyinin etibarlı əllərdə olduğuna əmin idilər. Çünki ölkə daxilində sabitliyi, ictimai asayişi və təhlükəsizliyi qüdrətli Azərbaycan Polisi qoruyurdu. Bu amil ön xətdə döyüşən qəhrəmanlarımız üçün böyük mənəvi dayaq və əlavə güvən mənbəyi olub.

2023-cü ilin sentyabr ayında həyata keçirilən 23 saatlıq lokal antiterror tədbirləri zamanı da Azərbaycan polisi dövlətimizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpası prosesində mühüm rol oynadı. Azərbaycan Silahlı Qüvvələri ilə birlikdə həyata keçirilən uğurlu əməliyyatlar nəticəsində ölkəmizin bütün ərazisində konstitusiya quruluşu təmin edildi, dövlət suverenliyi tam bərpa olundu. Bu prosesdə də polis əməkdaşları yüksək peşəkarlıq, cəsarət və vətənpərvərlik nümayiş etdirdilər. Azərbaycan polisi yalnız müharibə dövründə deyil, sülh şəraitində də xalqına xidmət nümunəsi göstərir. Xüsusilə COVID-19 pandemiyası dövründə polis əməkdaşları gecə-gündüz xidmət apararaq karantin rejiminin tələblərinin yerinə yetirilməsini təmin etdilər, vətəndaşların sağlamlığının qorunmasına mühüm töhfələr verdilər. Eyni zamanda müharibə dövründə tətbiq olunan komendant saatı zamanı ölkə ərazisində sabitliyin və ictimai təhlükəsizliyin təmin olunması istiqamətində nümayiş etdirilən peşəkarlıq və fədakarlıq bir çox inkişaf etmiş ölkələrin hüquq-mühafizə orqanları üçün nümunə sayıla bilər. Müasir dövrdə təhlükəsizlik anlayışı daha mürəkkəb xarakter almışdır. Azərbaycan Polisi də fəaliyyətini dövrün çağırışlarına uyğun quraraq bütün cinayətkarlıq növlərinə qarşı qətiyyətli mübarizə aparır. İnsanlıq əleyhinə yönəlmiş insan alveri cinayətləri, cəmiyyət üçün ciddi təhlükə yaradan narkotik vasitələrin qanunsuz dövriyyəsi, transmilli mütəşəkkil cinayətkar qruplar və sürətlə genişlənən kibercinayətkarlıqla mübarizə polis orqanlarının əsas fəaliyyət istiqamətlərindən biridir. Bununla yanaşı, hava nəqliyyatında, su hövzələrində, dəmir yolu xətlərində, avtomobil yollarında və digər strateji əhəmiyyətli obyektlərdə təhlükəsizliyin təmin olunması da polis əməkdaşlarının peşəkar fəaliyyəti nəticəsində uğurla həyata keçirilir.

Bu gün Azərbaycan polisinin fəaliyyəti ölkənin təhlükəsizlik sisteminin bütün sahələrini əhatə edir. Azərbaycan polisi haqqında ən yüksək və dəyərli fikirlərdən birini Ümummilli Lider Heydər Əliyev söyləyib. Ulu Öndər polisi dövlətçiliyin ən etibarlı dayaqlarından biri kimi qiymətləndirərək bu peşənin cəmiyyət üçün əhəmiyyətini xüsusi vurğulayıb. Məhz Heydər Əliyev tərəfindən müəyyən edilmiş inkişaf strategiyası nəticəsində Azərbaycan polisi müasir və peşəkar hüquq-mühafizə orqanına çevrilib. Bu gün həmin siyasət Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının daim göstərdiyi diqqət və qayğı nəticəsində polis əməkdaşlarının sosial müdafiəsi gücləndirilir, xidmət şəraiti yaxşılaşdırılır, yeni inzibati binalar və yaşayış kompleksləri istifadəyə verilir, maddi-texniki baza müasir standartlara uyğun yenilənir.

Azərbaycan Polis Akademiyası isə ölkənin hüquq-mühafizə sisteminin peşəkar kadrlarla təmin edilməsində mühüm rol oynayır. Hər il Akademiyanı bitirən yüzlərlə gənc zabit Azərbaycanın müxtəlif bölgələrində xidmətə başlayaraq qanunun keşiyində dayanır, vətəndaşların hüquq və təhlükəsizliyinin qorunmasına öz töhfələrini verir. Bu gün Azərbaycan dünyanın ən təhlükəsiz ölkələrindən biri kimi tanınır. Ölkəmizdə mövcud olan ictimai-siyasi sabitlik, hüquq qaydası və təhlükəsizlik mühiti nəticəsində həm Azərbaycan vətəndaşları, həm də ölkəmizə gələn turistlər və xarici qonaqlar günün istənilən vaxtında sərbəst və təhlükəsiz şəkildə hərəkət edə bilirlər. Bu nailiyyətlərin əldə olunmasında Azərbaycan polisinin əməyi danılmazdır. Azərbaycan polisi bu gün hər bir vətəndaşın ümid yeri, arxa-dayaq nöqtəsi və güvən ünvanıdır. Polis-vətəndaş münasibətlərində formalaşmış qarşılıqlı etimad, insanların hüquq-mühafizə orqanlarına olan inamı və etibarı məhz polis əməkdaşlarının uzun illər ərzində göstərdikləri vicdanlı, peşəkar və fədakar xidmətin nəticəsidir.

108 illik şərəfli tarixə malik Azərbaycan Polisi bundan sonra da dövlətimizin və xalqımızın keşiyində ayıq-sayıq dayanacaq, ölkəmizin təhlükəsizliyinin, sabitliyinin və hüquq qaydasının qorunmasına öz töhfəsini verməyə davam edəcəkdir. Bu əlamətdar gündə bütün polis əməkdaşlarını, veteranları, şəhid ailələrini və xidmət borcunu şərəflə yerinə yetirən hər kəsi ürəkdən təbrik edir, Vətən uğrunda canından keçmiş qəhrəman polis şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edirəm.

Ramiz Alıyev
İnsan Alverinə Qarşı Mübarizə Təşkilatının sədri

Oxunub: 2
Paylaş:
Digər xəbərlər

gundem / sosial / manset

1-07-2026, 16:51

“DƏYİŞƏN DÜNYANIN DƏYİŞMƏZ İNSANLARI” layihəsindən

gundem / sosial / manset

1-07-2026, 15:06

Qanunun keşiyində şərəfli xidmət – Sabunçu Rayon Polis İdarəsinin rəisi, polis polkovniki Cavid Muradov

gundem / ust / manset

31-07-2023, 10:47

Azərbaycan Polisi, Avropa polisinə nümunədir! - Beynəlxalq Hüquq Eksperti

gundem / siyaset / ust / manset

1-02-2024, 11:34

Ulu Öndərimiz Heydər Əliyevin layiqli davamçısı

gundem / ust / manset

2-07-2023, 11:39

Azərbaycan Polisinin yaranmasından 105 il ötür

ULUSƏS TV
Son xəbərlər
  • Bu gün, 18:21
    BİR ÖMRÜ VAR EYLƏYƏN GERÇƏKLƏR: HÜQUQ, ELM, POEZİYA
  • Bu gün, 11:28
    Yalan deyirlər, biz ailə deyilik...
  • Bu gün, 11:02
    Moskvaya kütləvi PUA hücumu olub
  • Bu gün, 10:58
    Emin Ağalarov “Sea Breeze”dəki hadisə ilə bağlı - Açıqlama yaydı
  • Bu gün, 10:45
    “Qafqazinfo”nun ad günüdür
  • Bu gün, 10:41
    Yağış, şimşək, duman... - Faktiki hava
  • Bu gün, 10:36
    “Sumqayıt” “Neftçi”yə, “Zirə” “Şəfa”ya qarşı
  • Bu gün, 10:32
    Hörmüzlə bağlı razılığa gəldilər
  • Bu gün, 10:27
    Müdafiə nazirinin ən gənc müavini 40 yaşını qeyd edir
  • Bu gün, 10:23
    Deputatın oğlu MİT-ə qəbul olundu
  • Bu gün, 10:00
    Elşad Abdullayev: məsuliyyətli fəaliyyət, dövlətçilik mövqeyi və insanlara diqqət
  • Dünən, 19:24
    Pərvaz Kişiyev məsələsində suallar artır: LOR fəaliyyəti ilə bağlı rəsmi cavab niyə yoxdur?
  • Dünən, 15:41
    Gənclər Yay Fest-in “Elm, Etika və Gələcək” düşərgəsində bir araya gəliblər
  • Dünən, 14:04
    İnsanın içindəki sonsuz məhkəmə: Hötenin "Faust"u və Hüseyn Cavidin "İblis"i - Adəm İsmayıl BAKUVİ
  • Dünən, 12:46
    DSX-də generalların yeri dəyişdi - Müzəffər Pirizadə Elçin Quliyevin müavini oldu
  • Dünən, 11:45
    Kolumbiyada mədəndə partlayış - 6 ölü
  • Dünən, 11:40
    “Araz-Naxçıvan” “İmişli”yə, “Sabah” “Kəpəz”ə qarşı
  • Dünən, 11:36
    Metroya minənlərin nəzərinə! - Bu gündən xətlər ayrılır
  • Dünən, 11:28
    Şəhidin qəzada yaralanan qardaşı vəfat etdi
  • Dünən, 10:45
    Küləkli havada dənizə gedənlərə yenidən - Müraciət
  • Dünən, 10:40
    Neftimiz bu gün də ucuzlaşdı
  • Dünən, 10:31
    Kafedra rəhbəri vəfat etdi
  • 14-08-2026, 11:08
    “Global Media”nın əməkdaşı vəfat etdi
  • 14-08-2026, 10:51
    Prezidentin müsahibəsindəki fikirlər beynəlxalq medianın diqqətində
  • 14-08-2026, 10:46
    Tahir Gözel 1 milyon manat “premiya” sözü verdi
  • 14-08-2026, 10:41
    Aeroport yolunda “Opel”lə marşrut avtobusu toqquşdu
  • 14-08-2026, 10:37
    “Azeri Light”ın bugünkü qiyməti açıqlandı
  • 14-08-2026, 10:34
    Putinin həmin adaya səfərinə cavab vermək istəyirlər
  • 13-08-2026, 15:24
    “Qarabağ”- “Dinamo Kiyev” oyunundan əvvəl fan zona təşkil olunacaq
  • 13-08-2026, 15:18
    Ənənədən müasir yaradıcı təhsilə doğru
  • 13-08-2026, 15:09
    Valideynlikdən imtina edib aliment ödəmək istəmədi - Bu qərar verildi
  • 13-08-2026, 13:10
    “Yaxın vaxtlarda Ermənistandan Azərbaycana ixrac başlayacaq”
  • 13-08-2026, 12:45
    “Səyyar Gənclər Xidməti” fəaliyyətini Xızıda davam etdirir
  • 13-08-2026, 12:40
    “Sakinlərin icma qarşısında könüllü sosial məsuliyyəti” konsepsiyası
  • 13-08-2026, 12:34
    Naxçıvanın inkişafı Azərbaycanın inkişafının ayrılmaz hissəsidir
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Baş direktor: Şamil Məmmədəlioğlu
  • E-mail: [email protected] | [email protected]
  • Telefon: (+99455) 200-67-99
  • Baş məsləhətçi: Təyyar Yəhyayev
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Ulusestv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə