Salyanda qoç yaşlı qadını vurub.
ulusestv.az "Qafqazinfo"ya istinadən məlumatına görə, hadisə Kürqaraqaşlı kəndində baş verib.
Belə ki, Kürqaraqaşlı kənd sakini, 1956-cı il təvəllüdlü Əsgərova Narxanım Adıböyük qızına öz evinin həyətində xırdabuynuzlu heyvan hücum edib.
Nəticədə qadın müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralı Salyan Rayon Mərkəzi Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib.