Suraxanı rayonunda 62 yaşlı qadını avtomobil vurub.
ulusestv.az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə Hövsan qəsəbəsində “Həyat” marketinin yaxınlığında baş verib.
Belə ki, minik avtomobili 62 yaşlı Ovçuyeva Gülsənəm Sədrəddin qızını vuraraq qaçıb. Yaralı xəstəxanaya çatdırılıb. Ona hər iki baldırın və belin əzilməsi diaqnozu qoyulub.
G.Ovçuyevaya ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıb.
Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları hadisəni törədən sürücünün tapılması istiqamətində araşdırma aparır.