Lənkəran Şəhər İcra Hakimiyyəti su basmış Qalayçılar məhəlləsi ilə bağlı münasibət bildirib.
Qurumdan daxil olan məlumata görə, şəhərin Balağa Mirsalayev küçəsində bir neçə ev çökək ərazidə yerləşdiyi üçün yağıntılar zamanı həyətlərdə su qalır:
“Lənkəran şəhər Mənzil istismar və komunal müəsissələr idarəsi tərəfindən mütamadi olaraq həmən əraziyə baxış keçirilir və mövcüd suaxar kanallar təmizlənir. Qurunt suları tədricən suaxar kanallar vasitəsi ilə həyətlərdən çəkilir. Eyni zamanda həmin küçədə yaşayan İlham Kazımovun evinə baxış keçirilib. Həyətlərindən keçən su axar kanal birdaha təmizlənib. Vətandaşın evinə baxış keçirilərkən evinin qəzalı vəziyyətdə olmadığı aydınlaşıb.
Məlumat üçün bildiririk ki, Lənkəran şəhərində tikintisi yarımçıq qalmış kanalizasiya sistemi cari ildə dövlət vəsaiti hesabına tikintisi davam etdirilməsi nəzərdə tutulub. Kanalizasiya sisteminin tikintisi başa çatdıqdan sonra sözügedən ərazidə bu cür problemlər tamamilə aradan qalxacaq”.
Xatırladaq ki, “Qafqazinfo”ya müraciət edən Lənkəran sakini İlham Kazımov yağış yağan zaman həyətyanı sahəni su basdığından evdən çıxmağın mümkün olmadığını bildirib.
“Qafqazinfo”