İTV-də yayımlanacaq məşhur “Səs uşaqlar” yarışmasının çəkilişləri “Crystal Hall”da baş tutacaq.
ulusestv.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, musiqi yarışmasının çəkilişləri 18- 21 noyabr tarixlərində reallaşacaq. Bu proses isə səkkiz saat davam edəcək.
Xatırladaq ki, müsabiqənin münsifləri Xalq artisti Zülfiyyə Xanbabayeva, Çingiz Mustafayev və Murad Arifdir.