Kanadalı reper Bvlly Oşava şəhərində güllələnib.
ulusestv.az “Qafqazinfo” ya istinadən xəbər verir ki, 24 yaşlı ifaçı hadisə yerindəcə ölüb. Polis araşdırmalara başlayıb. Hələlik şübhəli şəxs qismində kimsə saxlanılmayıb.
Qeyd edək ki, Bvlly “No light bag” sinqlı ilə məşhurdur. O, bu ilin sentyabrında “Made in Austria” adlı ilk albomunu buraxıb.