Amerikalı aktrisa Pamela Anderson 13 gün əvvəl ərə getdiyi prodüser əri Con Pitersdən ayrılıb.
ulusestv.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə aktrisa özü bildirib. 52 yaşlı aktrisa ilə 74 yaşlı prodüserin toyu yanvarın 20-də Malibuda baş tutmuşdu. Məlumata görə, cütlüyün toyu olsa da, onlar heç vaxt bir yerdə yaşamayıblar.
Qeyd edək ki, bu, Pamela Andersonun 5-ci evliliyi olub.