Müğənni-bəstəkar Murad Arif sosial şəbəkədəki statusu ilə yenidən gündəmə gəlib.
Ulusestv.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, sənətçi həmkarları: Xatirə İslamın Günay İbrahimliyə “prodüserin mənə yığa bilməz” açıqlamasına şərh verib.
O, ad çəkmədən qalmaqala səbəb olan fikrə həm dəstək olub, həm də X. İslamı qınayıb: “Bir həmkarım başqasına “sənin prodüserin mənə zəng edə bilməz! Prodüserin üçün prodüserimin nömrəsi var” deyəndə onu ürəyimdə qınamışdım. Çünki heç kəs heç kəsdən üstün deyil. Hamı Allah qatında insandır. Bəzən müğənninin işçisiylə danışmaq hətta daha xoş, operativ olur. Amma məsələnin başqa tərəfi də var.
Tanışıq? Həmkarıq? Münasibətlər mehribandır? Superstar qədər məşğul deyilsən? Sən nə qədər vacib adam oldun ki, sözünü mənə işçin deyir?! Zəng et, özün sözünü de. Qarşılıqlı etika, mədəniyyət, hörmət belə şeylərdən başlayır, ay 5-10 il oxuyanlar. Bir yerə qeyd edin”.
Qeyd edək ki, Xatirə İslamın bir müddət əvvəl “ATV maqazin onlarla” proqramında Günay İbrahimli haqqında “prodüserin mənə zəng edə bilməz. Sözün varsa, özün zəng et” deməsi qalmaqala səbəb olmuşdu.