Ağızda acılıq və zəhər dadı – Səbəbi, müalicəsi
Ağızda davamlı, xüsusən səhərlər çox hiss olunan acılıq, zəhər dadı əgər hər hansı dərman, qida qəbulu ilə bağlı deyilsə, həkimə getməyə ciddi səbəbdir. Bu əlamətin səbəbləri müxtəlif ola bilər:
-Qaraciyərdə pozğunluq
-Mədə-bağırsaq problemləri
-Öd axarlarının tutulması
-Antibiotik qəbulu
-Bağırsaqlarda mikrobların çoxalması
-Damaq, diş xəstəlikləri
Əgər ağızda acılıq yalnız səhərlər olursa və sağ qabırğaaltında ağrı da varsa, o zaman təcili qaraciyər yoxlanmalıdır.
Diaqnostika:
Ilk növbədə pasiyent LOR və stomatoloq qəbulundan keçib üzdə olan problemləri istisna etməlidir.
Daha sonra hepatoloq, qastroenteroloqdan keçib, müəyyən müayinə və analizlər olunmalıdır. Daxili orqanlar USM edilir, mədə-bağırsaq, öd yolları yoxlanılır.
Müalicəsi
Problem qaraciyər və ödlə bağlıdırsa, müəyyən pəhriz, qidalanma və dərmanlar təyin olunur. Qaraciyər və ödün normal funksiyası təmin olunmalıdır.
Bəzi hallarda hamilə qadınları ağızda acılıq narahat edir. Bu, hamilələrdə hormonal dəyişikliklərlə bağlıdır.
Bu problemin həllində əsas çıxış yolu qidalanmadır: rasionda qızartma yeməklər, yağlı qidalar, şirniyyat, duzlu-acılı ərzaqlar azaldılır.