Nərimanov rayon sakini Tura Əliabbas qızının 105 illik yubileyi qeyd edilib.
Nərimanov Rayon İcra Hakimiyyətinin əməkdaşları Nərimanov rayon sakini Tura Əliabbas qızını 105 illik yubileyi münasibəti ilə İcra Hakimiyyəti və rayon ictimaiyyətinin adından təbrik ediblər. Yubilyarın yaşadığı mənzilə gələn əməkdaşlar Tura Abbasovaya hədiyyələr təqdim edərək, ona uzun ömür, möhkəm can sağlığı arzulayıblar.
Yubilyarın ailə üzvləri ilə çay süfrəsi arxasında davam edən söhbət zamanı Tura xanım həyatındakı maraqlı anları xoş xatirələrlə yad edərək, uzunömürlü olmasının sirlərindən danışıb.
Tura xanım ona və onun timsalında ahıllara göstərilən yüksək diqqət və qayğıya görə Ölkə Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya dərin minnətdarlığını bildirib.
Sonda yubilyar və onun ailəsi ilə xatirə şəkli çəkilmişdir.