Türkiyə və Rusiyanın xarici işlər nazirləri Mövlud Çavuşoğlu və Sergey Lavrov arasında telefon danışığı olub.
Ulusəs-in Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə bir qrup jurnalistə Türkiyə XİN-dəki mənbə məlumat verib.
Onlar yanvarın sonunda Soçidə keçirilməsi gözlənilən Suriya milli dialoq konqresini müzakirə ediblər.
Qeyd edək ki, konqresdə Suriyadakı siyasi qüvvələrin bütün spektrını əhatə edən 1500-ə yaxın nümayəndənin iştirakı gözlənilir.