İsveçin Erebru şəhərində təyyarə qəzası baş verib.
Ulusestv.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə İsveç mediası məlumat yayıb. Bildirilir ki, göyərtədə 9 nəfər olub. Təyyarə havaya qalxdıqdan sonra düşüb. Ölən və yaralananlar barədə hələlik məlumat yoxdur.
Qeyd edilir ki, qəzaya düşən təyyarə paraşütlə tullanmaq üçün nəzərdə tutulan hava gəmisi olub.
***
"RİA Novosti" xəbər verir ki, qəza nəticəsində güclü yanğın başlayıb. 2 nəfər xəstəxanaya yerləşdirilib.
***
“Aftonbladet” qəzeti polisə istinadən xəbər verir ki, qəza nəticəsində nəqliyyat vasitəsinin göyərtəsində olan doqquz nəfərin hamısı həlak olub. Onlardan səkkizi paraşütçü, biri isə pilotdur.