Müəllim-bu ad müqəddəs ülvi duyğulardan yoğrulmuş Ulu tanrının bu insanlara bəxş etdiyi ömür səlnaməsidir.Belə şərəfli peşə sahibləri cəmiyyətdə həmişə ön sırada getməklə neçə-neçə gəncə həyat yollarını düzgün seçməkdə elmin dərin sirrlərini aşılamaqda haqqın ədalətin bərpasında öz şərəfli ömürlərini şam kimi günbə-gün əritməklə haqq yolunun bələdçiləridir.Vətənə məhəbbət vətənə sevgi vətəni göz bəbəyi kimi qorumağı ulularımız bizə əmanət etsədə buəmanətin qorunub saxlanılmasında bu əvəzedilməz insanların xidmətini unutmaq olmaz.Zamanın gedişindən-gəlişindən xəbərsiz. qayğısız uşağlara ana sevgisini. yurd sevgisini onların zehninə əbədi həkk olunmasında qürurlu hisslərəgörə onlara borcluyuq.Şəxsiyyətlər tarixin sütunudur.Şəxsiyyətləri tarixə bəxş edən formalaşdıran bu nəcib peşə sahibləri –doğma müəllimlərimizdir. Bəli doğma Azərbaycanımızda bu adı şərəflə daşıyan müəllimlərimiz çoxdur.Bunlardan biri Masallının ucqar kəndlərindən Eminli kəndində boya-başa çatmış müəllimlərindən yüksək əxlaqı davranış və təhsil almış Qoşqar Hətəmov haqqında söhbət açmağı özümə mənəvi borc bilirəm.
Hətəmov Qoşqar Həmzəli oğlu 03 noyabr 1978-ci il tarixdə Masallı rayonunun Eminli kəndində anadan olmuşdur.1985-ci ildə Eminli kənd Həbib Sadıqov adına tam orta məktəbin birinci sinfinə qəbul olmuş və 1996-cı ildə həmin məktəbin 11-ci sinfini bitirmişdir.Elə həmin ildə yüksək balla Bakı Dövlət Universitetinin Coğrafiya fakultəsinə daxil olmuş,2000-ci ildə oranı coğrafiyaçı və coğrafiya müəllimliyi ixtisası üzrə bitirmişdir.Qoşqarın ilk müəllimi onun coğrafiya elminə marağını formalaşdıran. onda ecazkar təbiətə vurqunluğu,atası tanınmış coğrafiya müəllimi Həmzəli müəllim olmuşdur.2000-2002-ci illərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ön cəbhəsində zabit kimi hərbi xidmət keçmişdir.2002-2011-ci illərdə Eminli kənd H.Sadıqov adına tam orta məktəbdə ixtisası üzrə müəllim və hərbi rəhbər vəzifəsində işləmişdir.Qoşqar Hətəmov 2008-ci ildə TQDK(indiki Dövlət İmtahan Mərkəzi) xətti ilə imtahan verərək Lənkəran Dövlət Universitetinin magistraturasına qəbul olmuş və 2010-cu ildə magistratura pilləsini uğurla bitirmişdir.
2008-ci idə Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə keçirilən "Xəmsə" intellektual yarışında Masallı komandasının kapitanı kimi rayon komandasının zona üzrə birinci yer tutmasını təmin etdiyinə görə Masallı Rayon İcra Hakimiyyətinin mükafatına və Masallı RTŞ-nin fəxri fərmanına layiq görülmüşdür.Pedaqoji fəaliyyəti dövründə çoxsaylı gənc və abituriyentləri coğrafiya,riyaziyyat və məntiq üzrə hazırlaşdıraraq onların ali məktəblərə və müxtəlif peşə sahələrinə işə qəbul olmalarına nail olmuşdur.
Qoşqar Hətəmov 2011-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın elan etdiyi müsabiqəyə qatılaraq müsabiqə və müsahibə mərhələlərində yüksək nəticələr əldə etmiş və həmin ildə Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən Masallı Rayon Təhsil Şöbəsinə böyük məsləhətçi vəzifəsinə təyin edilmişdir. Hazırda həmin vəzifədə işləyir.2-ci dərəcə dövlət qulluqçusudur.
2019- cu ildə Dövlət İmtahan Mərkəzinin keçirdiyi müsabiqədə iştirak edərək inzibati rəhbər vəzifələrin(A növü) AC qrupu üzrə Sertifikat almışdır.
O,elmi və metodiki cəhətdən yüksək biliyə malik olmaqla, ona təhkim olunmuş məktəblərdə dövlət qanunlarının təbliğinə və icrasına nəzarəti daim diqqət mərkəzində saxlamaqla məktəblərdə təlim-tərbiyə işinin və tədrisin müasir təlim texnologiyalarına uyğun qurulmasına nail olur.O,bir məktəbşünas kimi bütün fənnlərin bir-biri ilə əlaqəli formasına. tədrisin tərbiyə edici xarektirinə daim diqqət yetirir.
Yeni Azərbaycan Partiyasının üzvüdür. Ehtiyatda olan zabitdir.
Ailəlidir, üç övladı var.
Qoşqar müəllim uğurlu illərə gedən bir şərəfli yoldadır. Bizdə bu şərəfli yolda ona möhkəm can sağlığı şərəfli işində yeni-yeni uğurlar arzulayırıq. Uğurları çox olsun!
Soltanağa Cəfərov
AJB-nin üzvü
Bölgə Müxbiri