Ulu tanrının bəxş etdiyi bütün titullara malik,öz zadəliyi,xoşxasiyyətlilik,nəciblik,təmənnasız dostluq tellərini öz üzərində birləşdirən,bütün ömrünü şərəfli bir peşəyə sərf etmiş neçə-neçə gəncə həyat yollarında addımlamağa istiqamətdə bələdçilik etmiş rayon ictimaiyyəti arasında böyük nüfuz sahibi Hüseyn Hüseynov haqqında qəlbimdən gələn ən şirin duyğularımla qələmə almağı özümə mənəvi borc bilirəm.
Hüseyn Hüseynov doğma Azərbaycanımızın füsunkar guşələrindən olan Masallının Yeddioymaq kəndində 1946-cı ildə dünyaya göz açmışdır.Hüseyn hələ uşaq vaxtlarında,özünün yüksək dərrakəsi,təhsilə marağı,yoldaşlarına qarşı səmimiliyi ilə seçilirdi.
O,orta məktəb illərində doğma müəllimlərindən aldığı nümunəvi davranış,yüksək bilik,onun,müəllimlik peşəsinə istək və arzusunu artırmışdır.O istək, Hüseyni ADPU-nun fizika-riyaziyyat fakültəsinə gətirərək,qəbul imtahanlarını yüksək səviyyədə verib,həmin ixtisasa qəbul olunmuşdur.1968-ci ildə universiteti bitirib,doğma rayonuna təyinat aldı.Öz doğma kəndində 15 il məktəb direktoru vəzifəsində işlədi.Sonradan RTŞ-nə öz ixtisası üzrə metodist vəzifəsinə irəli çəkildi.O,işlədiyi dövrdə təhsilimizin inkişafı üçün yeni-yeni tövsiyyələrini vermiş,gənc müəllimlərə metodik cəəhətdən yüksək səviyyədə kömək göstərməklə ,onların hər bir nailiyyətlərini öz uğuru kimi qəbul etmişdir.O,”baş müəllim”, “metodist müəllim” və TN-nin “Qabaqcıl maarif xadimi” döş nişanı ilə təltif olunmuşdur.
Həmişə dövlətçiliyə sədaqəti ilə seçilən H.Hüseynov hal-hazırda Masalllı rayonunda,millət vəkili M.Məmmədovun təşəbbüsü ilə yaradılmış “Təhsil fondu”na rəhbərlik edir.Bu fondun yaradılmasında məqsəd,qızlarımızın təhsilə maraq dairəsinin genişləndirmək,onlara ölkəmizin Pedaqoji Universitetlərində təhsil aldıqları müddətdə maddi dəstəyin göstərilməsidir.
Bu xeyirxah tədbir,rayon ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilir.Tədbirin həyata keçirilməsində,təhsilimizin inkişafını daim diqqət mərkəzində saxlayan,millət vəkili M.Məmmədova və fondun rəhbəri H.Hüseynova möhkəm can sağlığı,şərəfli işlərində uğurlar arzulayırıq.
“Ulusestv.az”