Məmmədov Əlövsət Xudu oğlu-Bu ad rayon sakinləri arasında səmimiyyəti ilə yaxşı tanınmaqla bütün həyatını insanların sağlamlığına həsr edən neçə-neçə insana sağlam həyat bəxş edən,xeyirxah,səmimi,yüksək insani keyfiyyətlərə malik olması ilə seçilən kardioloq-həkim adını yüksək səviyyədə daşıyan,əyninə geydiyi ağ xalatı kimi təmiz adla yaşayıb-yaradan bu səhiyyə işçisi haqqında söhbət açmağı özümə mənəvi borc bilirəm
Əlövsət həkim doğma Azərbaycanımzın dilbər güşələrindən biri olan Masallının füsünkar təbiətə malik Səmidxan kəndində dünyaya göz açıb.Uşaqlıq illərindən özünün nümünəvi davranışı şagird yoldaşlarına qarşı səmimiliyi,orta məktəb illərində aldığı yüksək biliyə görə digərlərindən seçilirdi.
Əlövstənin yeganə arzusu həkim ixtisasına yiyələnmək, insanların sağlamlığı keşiyində durmaq idi.Deyirlər arzun hara mənzilində ora.Bəli bu arzu onu Azərbaycan Tibb Universtetinə gətirdi.Qəbul imtahanlarını yüksək səviyyədə verib Tibb universetinin “Müalicə işi” fakültəsinə daxil oldu.Ali məktəb illərində Əlövsətin yüksək elmi-nəzəri savadı professor-müəllim heyətinin diqqətndən qaçmadı.
Əlövsət ali məktəbi uğurla bitirib başqa xəstəxanalara dəvət alsada o,öz doğma rayonuna Masallıya qayıtdı.O,illərdən çox keçsədə Əlövsət həkimin rayon xəstəxanasında savadlı,təcrübəli xəstələri gülərüzlə qarşılayıb,ürək-damar xəstələrinə xoş rəftarı ilə xəstəliyə düzgün diaqnoz qoyub müalicəsinin düzgün aparılmasında onun gərgin əməyi həmişə hər birimiz üçün qiymətlidir.Şəfalı əlləri ilə neçə-neçə xəstəni həyata qaytarmaqla onların yaşamaq ümidini artıran Əlövsət həkim kimi həkimlərə ehtiyacımız olub həmişə olacaqdır.
Sonda Əlövsət həkimə Ulu Tanrıdan möhkəm can sağlığı,şərəfli işində uğurlar arzulayıram.Əlövsət həkim şəfalı əlləriniz həmişə var olsun.
Soltanağa Cəfərov
Masallı Dövlət Regional Kollecinin müəllimi
A.J.B-nin üzvü.