Dahi Şəxsiyyət H.Əliyevin möhtəşəm nitqinin bir hissəsi; O, demişdir, Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların ailələrinə, yaralanıb əlil olanlara, döyüşənlərdə iştirak edənlərə diqqət və qayğı dövlətin borcu, xalqın mənəvi öhdəliyidir. H.Əliyevin qazdığı səngərdə onun layiqli davamçısı Azərbaycan Respublikasının prezidenti, ali baş komandan İlham Əliyevin yetişdirdiyi müzəffər ordu Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşərək qələbə qazandılar. Bütün dünyaya Azərbaycan ordusunun gücünü göstərdilər. Onlar Azərbaycanın səmasında Zəfər günəşinə çevrildi. Otuz illik yurd həsrəti çəkən, öz vətənində qaçqın həyatı yaşayan insanların yurd həsrəti bitdi. Budur uzaqgörən və yenilməz siyasətin nəticəsi.
Vətənini, xalqını sevən hər kəs ölkə prezidentinin apardığı siyasi kursu dəstəkləməli, vətəndaş cəmiyyətinə öz töhfəsini verməlidir. Belə vətənpərvər insanlardan biri də daima xalqın, kasıbın, xəstənin yanında olan, Şəhid ailələrinə və qazilərə hər zaman davamlı olaraq, diqqət və qayğı göstərən vətən oğullarından biri də xeyriyyəçi Elçin Lənbərənskidir.
29.06.2021 il tarixin Elçin bəy ənənəsinə sadiq qalaraq, vətənpərvər ruhlu tədbirin ərsəyə gəlməsində böyük əmək sərf etdi. Döyüşlərdə sağlamlığının bir qismini itirən qaziləri və şəhid ailələrini bir araya topladı. Gözəl bir məkanda onlar üçün yüksək səviyyədə ziyafət təşkil etdi. Tədbirdə tanınmış müğənnilər, söz adamları və media nümayəndələri iştirak edirdi.
Ədalət yolu qəzetinin və Edaletyolu.az xəbər portalının təsisçisi və baş redaktoru,
Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin Binəqədi rayon nümayəndəliyinin sədri, xeyriyyəçi Yasəmən xanım Qəyyumlu da tədbirə dəvət alan qonaqlar arasında idi. Əksər qazilər fəxri diplomlarla təltif olundu. Onların üzündəki sevinc Zəfər günəşinin parıltısı idi. Allah bütün Şəhidlərimizə rəhmət eləsin, qazilərə can sağlığı arzulayırıq.
Edaletyolu.az : Maqsud Ələkbərov