Təhsil işçiləri də prezident İlham Əliyevin namizədliyini dəstəkləyir
Müsahibim Sumqayıt şəhər 22 saylı tam orta məktəbin direktoru Tahirə Səfərovadır
- Tahirə müəllimə, hamımıza məlumdur ki, bu il aprerlin 11-də növbdənkənar perzident seçkikləri keçiriləcək. Bu barədə təhsil işçisi kimi sizin də fikirlərinizi öyrənmək maraqlı olardı.
-Mən və mənim kimi minlərlə təhsil işçisi məhz alternativ namizəd kimi İlham Əliyevin Prezidentliyə namizədliyini dəstəkləyirik. Dövlət başçısının sosial yönümlü siyasətinin nəticəsi olaraq Azərbaycanda çoxsaylı təhsil müəssisələrinin tikintisi, əsaslı təmiri və müasir avadanlıqlarla təchiz edilməsi hər il həyata keçirilir. Ölkəmizdə və bölgələrdə yeni tikilən təhsil ocaqlarının açılışında ənənəvi olaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev şəxsən iştirak edir və öz xeyir-duasını verir.
Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkədəki təhsil ocaqlarında xidmətin keyfiyyəti yaxşılaşdırılıb. Son illər təhsil sahəsində yaşanan ən böyük inqilabi dəyişiklik və nailiyyət isə bu sektorun dünyanın müasir təhsil sahəsinin yeni kompyuter avadanlıqları ilə təmin olunmasıdır. İlham Əliyevin təhsilə göstərdiyi diqqət və qayğısı sayəsində ölkəmizdə yenidən qurulan təhsil müəssisələrin inşası təhsil sisteminin inkişafından xəbər verir.
-Bu gün təhsil sahəsinə göstərilən qayğı sizi qane edir?
-Ölkədə təhsil sahəsində aparılan islahatlar, dövlət başçısı İlham Əliyevin sərəncam və tapşırıqlarına əsasən tikilib istifadəyə verilən, yenidən qurulan təhsil ocaqları təsilimizin bu gün ən yüksək səviyyədə inkişaf etdiyini göstərir. Bu, eyni zamanda, onu təsdiqləyir ki, dövlətimizin başçısı milli təhsilin inkişafını dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirmişdir. Bu məsələdə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın xidmətlərini xüsusi qeyd etmək lazımdır. Mehriban xanım Əliyevanın bu istiqamətdə gördüyü işlər gənc nəsilin təlim tərbiyəsi və gənclərin mariflənməsi işinə mühüm töhfələr verir.
Möhtərəm Prezidentimizin məqsədi odur ki, insanlar sosial rifahlı bir cəmiyyətdə yaşasınlar. Artıq neçə ildir ki, milli iqtisadiyyatımızın yüksək inkişafı təhsil sahəsinə də öz təsirini göstərir və bu sahədə köklü islahatlar aparılır. Yeni təhsil müəssisələri yaradılır, sistemin maddi-texniki bazası möhkəmləndirilir. Son illərdə ölkədə onlarla yeni məktəblər tikilərək istifadəyə verilmiş, təhsil ocaqları ən müasir ləvazimat və avadanlıqla təchiz edilmişdir. Xaricdə təhsil alan azərbaycanlı tələbələrin sayı ildən-ilə artır. Bu məsələ dövlətin təhsil siyasətinin prioritetlərindən biridir. İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən geniş islahatlar müsbət nəticələr verir, əhalinin güzəranı getdikcə yaxşılaşır.
Hər il olduğu kimi bu il də təhsil işçilrinin əmık haqlarnn artırılması ikı bağlı dövlət başçısınının imzaladığı sərəncam hər birimizi sevindirdi.
Ölkənin tərəqqisi, gələcək inkişafı və firavanlıq naminə qarşıdan gələn prezident seçkilərində təhsil işçiləri olaraq İlham Əliyev cənablarının namizədliyini dəstəkləyəcəyik.
Tam əminliklə söyləyə bilərəm ki, bu gün Azərbaycanda ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş siyasi kurs İlham Əliyev cənabları tərəfindən uğurla davam etdirilir.
Nə qədər ki, İlham Əliyev Azərbaycana rəhbərklik edir, biz təhsil işçilri olaraq hər zaman uğurlardan, nailiyyətlərdən danışacağıq. Bu il keçiriləcək növbədənkənar prezident seçkilərində də alternativ namizaəd kimi məhz İlham Əliyev cənablarına səs verəcək, dövləti yalnız İlham Əliyevə etibar edəcəyik.
Bu ilki növbədənkənar prezident seçkilərində İlham Əliyevə verilən səs Azərbaycanın xoşbəxt gələcəyinə imza atmaq deməkdir. Biz təhsil işçiləri olaraq, hər zaman, hər an, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin təhsilə olan xüsusi diqqət və qayğısını hiss edirik. Bu da, bizim məsuliyyətimizi artırır və gələcəkdə daha böyük nailiyyətlər əldə etmək üçün ruhlandırır. Biz dövlət başçısının təhsil siyasətini daim dəstəkləyir, ona uzun ömür, can sağlığı arzulayırıq.
Çox sağ olun
Müsahibəni apardı Şamil Məmmədəlioğlu