2020-ci il dövlətçilik tariximizə qızıl hərflərlə yazıldı, Zəfər ili kimi həkk olundu. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz işğalçı Ermənistan üzərində möhtəşəm Qələbə qazandı, xalqımızın 30 illik həsrətinə son qoyuldu. Ali Baş Komandanımızın düşünülmüş strategiyası, siyasi iradəsi və qətiyyəti sayəsində ordu ilə xalqın sarsılmaz birliyi təmin olunaraq qazanılan tarixi Zəfərdən sonra qərinələr keçəcək, illər ötəcək, tarix isə bu şanlı Qələbəni xalqımızın taleyinin ən parlaq səhifəsi kimi heç vaxt unutmayacaq.
Azərbaycan 44 gün ərzində parlaq qələbə qazanaraq Ermənistanı məğlub etdi, işğala son qoydu. Bu 44 günün hər günü bizim şanlı tariximizdir. Hər gün Azərbaycan Ordusu irəli gedirdi, hər gün yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edilirdi. Azərbaycan əsgəri, Azərbaycan zabiti bir amalla vuruşurdu ki, bu işğala son qoyulsun, bu haqsızlığa son qoyulsun, ədalət zəfər çalsın, tarixi ədalət zəfər çalsın və buna nail olduq. İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu, bizim şanlı Qələbəmizin, zəfərimizin günüdür!.
Şuşanın azad edildiyi gün – 8 noyabr Prezidentin sərəncamı ilə Zəfər Günü elan edilib. Bu günü bizə Müzəffər Ali Baş Komandanımızın misilsiz cəsarəti və rəşadətli ordumuz nəsib etdi. Şəhidlərimiz bu möhtəşəm Qələbə tarixini öz qanları ilə yazdılar. Azərbaycan Qarabağa qovuşdu. Ata-babalarımızın qoruyub bizə saxladığı əvəzsiz miras, başımızın tacı, ruhumuzun yelkəni Şuşa əsirlikdən azad olundu.
Azərbaycan cəmiyyəti, Azərbaycan xalqı üçün yeni həyat, yeni tarix başlayır. Bu gün Azərbaycan Qarabağa qovuşdu, tarixi zəfərə imza atdı, şəhidlərimizin, Xocalı qurbanlarının, Gəncə, Bərdə, digər şəhər və rayonlarımızda soyqırımları, terror zamanı həlak olan günahsız insanların qisasını döyüş meydanında aldı, işğalçı Ermənistana layiq olduğu yeri göstərdi. Bu qələbəni, zəfəri bizlərə yaşadan isə Ali Baş Komandanımız İlham Əliyevin qətiyyəti, siyasi iradəsi, güclü ordumuz, rəşadətli əsgər və zabitlərimizdir. 30 ildən sonra sübuta yetirdik ki, bir qarış torpağımızı belə heç kəsə verən deyilik.
2020-ci ilin 27 sentyabrında başlayan və 44 gün davam edən Vətən müharibəsi nəticəsində xalqımızın, soydaşlarımızın torpaq, yurd, Vətən həsrətinə son qoyuldu. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında şanlı ordumuz 44 günlük Vətən müharibəsində tarixi Qələbə qazandı. 8 noyabr 2020-ci il tarixi Qarabağın baş tacı sayılan Şuşanın azad olunduğu gün kimi yaddaşlara əbədi həkk olundu. Artıq xalqımız mədəniyyət paytaxtımız olan Şuşanın azad olunduğu günü – 8 noyabr tarixini Azərbaycanda Zəfər Günü kimi qeyd edəcək. Bundan sonra 8 Noyabr tarixi Azərbaycan tarixində böyük gündür, şanlı və müqəddəs gündür.
İllər boyu davam etmiş kədər, həsrət, faciəli hadisələrdən sonra tarixi ədalət bərpa olundu Azərbaycan xalqı təsvirəgəlməz qürur və sevinc hissləri keçirdi. Bizə bu hissləri yaşadan Ali Baş Komandanımız İlham Əliyev və Azərbaycan torpaqlarının hər qarışının azad edilməsi uğrunda canından-qanından keçən rəşadətli əsgər və zabitlərimizdir.
Biz, ədliyyə işçiləri çox böyük fəxarət və qürur hissi ilə bildiririk ki, builki peşə bayramımız bütün xalqı¬mızın Azərbaycan Silahlı Qüvvələrinin Qarabağ sava-şında qazandığı Qələbənin hədsiz sevincini yaşadığı bir vaxta düşür. Necə deyərlər, bu möhtəşəm qələbə sevincimizə sevinc qatacaq, bütün azərbaycanlıları bəxtiyar edəcək. Noyabr ayının 22-si Azərbaycanda ədliyyə işçilərinin peşə bayramı günü kimi qeyd edilir. Bu bayram ümummilli lider Heydər Əliyevin 2000-ci il 11 noyabr tarixli Sərəncamı ilə təsis olunmuşdur.
Ölkəmizdə Ədliyyə işçilərinin peşə bayramı hər il geniş şəkildə qeyd olunur. 103 illik peşə bayramı isə biz ədliyyə işçiləri üçün ikiqat bayram olacaq. .Böyük Vətən Müharibəsinin qalib kimi, həm də peşə bayramımızı qeyd edəcəyik. 10 noyabr tariximizə Qələbə Günü kimi daxil oldu. Bizə qürür və fəxarət yaşadan bir qələbə! Böyük sevinc hissi ilə qeyd edərdim ki, ulu öndərimiz Heydər Əliyevin 11 noyabr 2000–ci il tarixli sərəncamı ilə 22 noyabr ədliyyə işçilərinin peşə bayramını biz ədliyə işçiləri yüksək əhval-ruhiyyə ilə, qalib və mübariz xalqın nümayəndəsi kimi qarşılayacayıq. Bu hissləri, bu sevinci bizə yaşadan, nəsib edən Prezident,Ali Baş Komandan cənab İlham Əliyevə sonsuz minnətdarıq.
22 noyabr əsrə bərabər zəngin və şərəfli tarixi yol keçən Azərbaycan ədliyyəsinin yaranmasından 103 il ötür. Ulu Öndərin qayğısı ilə təkmil bir struktur kimi formalaşaraq inkişaf edən Ədliyyə Nazirliyi Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə geniş vüsət alan məhkəmə-hüquq islahatları çərçivəsində günbəgün müasirləşir, yeni-yeni nailiyyətlərə imza atır. Bir çox ədliyyə işçiləri Ali Baş Komandan cənab İlham Əliyevin səfərbərlik çağırışına səs verərək Vətən müharibəsində iştirak üçün ordu sıralarına qoşulmuş, mənfur düşmənə qarşı döyüşlərdə şərəf və şücaətlə mübarizə apararaq, torpaq¬larımızın azadlığı işinə öz töhfələrini vermişlər. Çox sevinc və qürur hissi ilə bildirirəm ki, 22 noyabr Ədliyyə işçilərinin peşə bayramını yüksək ovqatla, əsl bayram əhval-ruhiyyəsi ilə qarşılayacayıq. Bu da təsadüfi deyil. Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuz tərəfindən Qarabağımız və digər tarixi ərazilərimiz, rayon və şəhərlərimiz düşmən işğalından azad edilib, bu gün Şuşada, Cəbrayılda, Zəngilanda, Füzulidə, Qubadlıda, Ağdamda və başqa şəhərlərimizdə, qəsəbələrimizdə Azərbaycanın üçrəngli bayrağı vüqarla, əzəmətlə dalğalanır. Qarabağın azadlığı 103 yaşlı Azərbaycan ədliyyəçilərinin peşə bayramına misilsiz hədiyədir, töhfədir. Biz indiyə qədər belə sevinclə, böyük ruh yüksəkliyi ilə öz peşə bayramımızı qeyd etməyə hazırlaşmamışdıq. Bu möhtəşəm duyğunu bizə Ali Baş Komandanımızın rəhbərliyi ilə torpaqlarımızı işğaldan azad etməklə müzəffər ordumuz yaşatdı. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin illərlə apardığı uğurlu xarici siyasətin, atdığı diplomatik addımların nəticəsində və eyni zamanda, çox yüksək peşəkarlığa, unikal döyüş taktikasına, böyük ruh yüksəkliyinə, qələbə əzminə malik ordumuzun gücü sayəsində Azərbaycan 44 günlük Vətən müharibəsində düşməni ağır məğlubiyyətə uğradıb qalib çıxdı, zəfər qazandı. Ordumuz torpaqlarımızı işğaldan azad edərək zəfər dastanı yazdı.
Fürsətdən istifadə edərək həm 8 noyabr zəfər, Böyük Qələbə və peşə bayramı, həm də 22 noyabr bütün ədliyyə işçilərinin xalqımızın Ümummilli lideri, dahi öndər Heydər Əliyevin bizə bəxş etdiyi peşə bayramımız münasibəti ilə təbrik edir, onlara mühüm və şərəfli işlərində yeni-yeni uğurlar, qanu¬nun aliliyinin, insan haqla¬rının təmin olunması işində müvəffəqiyyətlər arzulayıram.
Aytən Cahangir qızı Muradova
2 Saylı Bakı “Asan xidmət” mərkəzində Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsinin rəisi, kiçik ədliyyə müşaviri