Yığıncaqda “İşgəncələrə Qarşı Azərbaycan Komitəsi”nin İdarə Heyəti, komitə üzvləri, respublikamızın tanınmış ictimai elm xadimləri, tanınmış hüquqşunaslar, hüquq müdafiəçiləri, İctimai Birlik rəhbərləri, tanınmış jurnalistlər, “Lider” televiziyası, sayt rəhbərləri və digərləri iştirak etmişlər. Belə ki, yığıncaqda “Adəm” Xeyriyyəçilər Assosiasiyası İctimai Birliyinin sədri, Nicat Əsgərov, görkəmli publisist-şair Dəmir Gədəbəyli, “Müvəkkil” Hüquq Mərkəzinin rəhbəri Səməd Vəkilov, Azərbaycan Respublikası Elmlər Akademiyasının Bakı Tarix İnstitutunun aparıcı elmi işçisi, tarixçi alim Dilavər Əzimli, “Tarixi Şəxsiyyət” jurnalının baş redaktoru Xəlil Qaraəhmədli, “Həqiqət Tarixi Araşdırmalar” İctimai Birliyinin sədri Əlövsət Qasımov, “Demokratik Azərbaycan Dünyası” Partiyasının sədri Əlisahib Hüseynov, tanınmış publisist-rejissor Bəybala Mirzəyev və digərləri iştirak edirdilər.
Yığıncaqda “İşgəncələrə Qarşı Azərbaycan Komitəsi”nin sədri və səlahiyyətli şəxsi Elşad Həmidov komitənin fəaliyyəti ilə bağlı altı aylıq hesabat səsləndirdi, sonra komitə ətrafında gedən söz-söhbətlərə aydınlıq gətirdi.
Yığıncaqda iştirak edən qonaqlardan Dəmir Gədəbəyli, Nicat Əsgərov, Səməd Vəkilov, Dilavər Əzimli, Əlövsət Qasımov çıxış edərək bildirdilər ki, onlar da “İşgəncələrə Qarşı Azərbaycan Komitəsi”nin sədri kimi Elşad Həmidovu tanıyırıq, onun keçirdiyi toplantılarda, xeyriyyəçi tədbirlərdə iştirak etmişik. Elşad Həmidov təcrübəli, bacarıqlı, öz işini bilən bir komitə sədridir. Bundan sonra da biz Elşad Həmidova fəaliyyətində uğurlar arzulayırıq.
Yığıncaqda çıxış edən komitə üzvləri, Vahid Fərəcov, Telman Mirzəyev, Tariyel Quliyev, Emil Səttarov, İqbal Mirzəyev, Emin Ədalətli, Sabir Həsənov və başqaları bildirdilər ki, Elşad Həmidov bacarıqlı və təcrübəli bir sədrdir, öz işinin öhdəsindən layiqincə gəlir. Bütün komitə üzvləri yekdilliklə bildirdilər ki, biz “İşgəncələrə Qarşı Azərbaycan Komitəsi”nin sədri kimi yalnız Elşad Həmidovu görürük. Onun fəaliyyətini ürəkdən bəyənirik və bundan sonra da onun rəhbərliyi altında fəaliyyətimizə davam etmək istəyirik. Bu barədə də aidiyyatı qurumlara məlimat vermək istəyirik ki, onlar da bu reallığı nəzərə alsınlar, bütün komitə üzvləri Elşad Həmidovu “İşgəncələrə Qarşı Azərbaycan Komitəsi”nin sədri kimi qəbul edir və onun ətrafında birləşmişlər.