• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video

Maya dəyəri 550, satışı 3000 manat... - Vətəndaş necə ev sahibi olsun?

gundem / sosial / manset

17-04-2025, 19:01

Maya dəyəri 550, satışı 3000 manat... - Vətəndaş necə ev sahibi olsun?
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Hesablama Palatasının 2024-cü il üzrə fəaliyyət hesabatı müzakirəsi zamanı daşınmaz əmlak bazarında artan qiymətlər müzakirə olunub. Aprelin 15-də keçirilən müzakirələr zamanı deputat Əli Məsimli çıxış edərək bildirib ki, xüsusilə iri şəhər mərkəzlərində tikilən yaşayış sahələrinin hər kvadrat metrinin qiyməti real bazar göstəricilərindən uzaq, "fantastik" səviyyədədir və orta statistik azərbaycanlının alıcılıq qabiliyyətinə uyğun gəlmir.

Deputat qeyd edib ki, bu sahədə məlum olan bir sıra hallar mövcuddur. İş adamlarından toplanan vəsaitlərin nəticə etibarilə mənzil qiymətlərinə əlavə olunması mənzil bazarında süni qiymət artımına səbəb olur. Bu isə ölkədə mənzil təminatının əlçatanlığı məsələsinə ciddi şəkildə mənfi təsir göstərir.

Mövzu ilə bağlı Qaynarinfo-ya danışan əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə bildirib ki, Əli Məsimli burda bir çox ödənişləri nəzərdə tutmuş ola bilər:

"Əli müəllim bu fikirləri səsləndirməklə həm də vergi yükünü nəzərdə tutur. Bəzən görürsən ki, sahibkarlardan üzərinə tikdiyi binanın sata biləcəyi hissəsinin deyil, sata bilməyəcəyi ərazisinin də vergisi tələb olunur. Bundan başqa sahibkarlardan müəyyən texniki şərtlərin alınması, bir sıra dövlət tərəfindən qoyulan rüsumların ödənməsi də tələb olunur. Məsələn, mənzillərə işıq, su, qaz sayğacları qoyarkən bu vəsait vətəndaşdan deyil, MTK-lardan tələb olunur. Daha sonra isə MTK-lar bunu məcbur şəkildə vətəndaşlardan alır".



Ekspert düşünür ki, hazırda Mənzil Tikinti Korperativlərinin, tikinti şirkətlərinin vergi yükü çoxdur:

"Doğrudur, əlavə dəyər vergisinin qaytarılmasını dövlət güzəşt elədi. Amma buna baxmayaraq, binaların vətəndaşa satılmayan hissələrinin də vergisi sahibkardan tələb olunur, bu da onlara əlavə vergi yükü yaradır. Bundan başqa, texniki şərtlər üçün tələb olunan vəsaitlər də mənzillərin maya dəyərinə təsir göstərir".

"Özəl şirkətlərin tikdiyi bu mənzillərə vətəndaşın əlçatanlığını təmin etmək üçün dövlət tərəfindən hansısa bir proqram hazırlana bilərmi, bu həm sahibkara, həm də mənzil almaq istəyən vətəndaşa dəstək məqsədi daşısın" sualına cavab olaraq Ramil Qasımzadə bildirib ki, özəl ipoteka fondlarının yaradılması bu sahəyə mühüm töhvə verə bilər:

"Doğrudur, Dövlət İpoteka Fondu tərəfindən maliyyələşmələr aparılır, lakin hesab edirəm ki, həm də özəl ipoteka fondlarnın olması vətəndaşların mənzillərə əlçatanlığını daha da artırla bilər. Hazırda kreditlə alınan mənzillər üçün qoyulan şərtlər ağırdır. Məsələn, banklar rəsmi iş yerləri tələb edir. Amma bir çox hallarda vətəndaşlar rəsmi gəlirlə işləmir, ya onların bu gəlirlərdən də əlavə gəlirləri olur. Belə olan halda onların bu gəlirləri göstərə bilməməsi, bankların isə yalnız rəsmi gəlirlər əsasında kreditləri ayıra bilmələri, vətəndaşların kreditlə ev almaq imkanlarını məhdudlaşdırır. Doğrudur, banklar rəsmi gəlir tələb etməkdə haqlıdır. Çünki bunu etməklə ayırdıqları vəsaitlərin onlara qayıtma riskini sığotalayır. Lakin bir çox vətəndaşın kreditlə mənzil almağa əlçatanlığı olmur. Doğrudur, bu gün tikinti şirkətləri özləri də daxili kreditlə satışa mənzillər çıxarır. Lakin onların vətəndaşa ayırdığı zaman azdır, 3, 5, 10 ildir. Lakin özəl kredit fondları ilə isə bu müddət 20, 25 il ola bilər".



Ramil Qasımzadə vətəndaşaların daha ucuz, daha aşağı tələblərlə mənzil sahibi olmaq şərtləri haqqında da danışarkən bildirib ki, xüsusi ilə şəhərin mərkəzindən kənarda sahibkarlara çoxmənzilli binaların tikilməsi üçün torpaq sahələri ayrılmalıdır:

"Bu gün ən böyük problemlərdən biri də həmin torpaq sahələrinin olmamasıdır. Ümumiyyətlə, deyərdim ki, hazırda şəhərin mərkəzində bina tikmək üçün torpaq sahəsi mövcud deyil. Lakin mərkəzdən kənarda böyük yaşayış komplekslərinin tikilməsi üçün həm torpaq sahələri, həm də buna zərurət var. Bu ərazilərdə xüsusi ilə maya dəyəri daha ucuz başa gələn evlərin tikintisinə ehtiyac var".

Mənzil qiymətlərinin son bir ildə daha çox bahalaşması haqqında da danışan həmsöhbətimiz qeyd edib ki, şəhərin mərkəzində hazırda kvadratmetri 3000 manat və daha çox qiymətə olan mənzillər satışa çıxarılır:

"Hazırda yeni tikililərin 1 kvadrat metri 550 manata başa gəlir. Lakin bu qiymətin üstünə də müxtəlif xərclər gələndə bir kvadratmetr üçün qiymət 1700 manata gəlib çıxır, sahibkar isə qazanc əldə eləmək üçün üstünə pul qoyanda isə həmin mənzilin kvadratını ən azı 2200 manata satır, hətta bu məbləğ 2400-2500 manata qədər artır. Şəhərin mərkəzində isə bu məbləğ 3000 manatın üzərindədir".

Günay İlqarqızı

Oxunub: 3
Paylaş:
Digər xəbərlər

gundem / ust / manset

31-01-2025, 10:40

Kirayə mənzil bazarında son vəziyyət necədir?

gundem / sosial / manset

24-02-2025, 10:29

Hansı ərazilərdə mənzil almaq daha sərfəlidir?

gundem / manset

17-11-2024, 12:01

Mənzil sahibi ilə icarəçilər arasında kirayə haqqı davası: Qanun nə deyir?

gundem / ust / manset

25-06-2024, 12:36

Evlər ucuzlaşmağa başlayıb?

gundem / sosial / manset

23-02-2025, 13:23

Bakıda mənzillər niyə sürətlə satışa çıxarılır?

ULUSƏS TV
Son xəbərlər
  • Bu gün, 20:50
    Savaşına, Zəfərinə canım qurban, Azərbaycan!!!
  • Bu gün, 12:41
    Peşəkarlıq, məsuliyyət və etimad nümunəsi – Suraxanı Rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin qaraj müdiri Elşad Abdullayev
  • Bu gün, 12:09
    “Təhsil TV”yə yeni direktor təyin edildi
  • Bu gün, 11:33
    PUA-larla bağlı qanun dəyişir
  • Bu gün, 11:23
    Daha bir konvensiyaya qoşuluruq
  • Bu gün, 11:20
    Ukrayna ilə yeni müqavilə təsdiqləndi
  • Bu gün, 11:16
    Zakir Həsənov Selçuk Bayraktarla görüşdü
  • Bu gün, 10:57
    Şuşada IV Qlobal Media Forumu keçiriləcək
  • Bu gün, 10:53
    Seyran Ohanyan və digərlərinin Göyçə sahilindəki əmlakları sökülüb
  • Bu gün, 10:49
    Xameneinin dəfn edildiyi Məşhəddə silahlı insident - Ölənlər və yaralananlar var
  • Bu gün, 10:45
    “Qızıl top” uğrunda böyük mübarizə - İlk “20-lik” açıqlandı
  • Bu gün, 10:40
    Keçmiş arvadını güllələyən Zaurun vəziyyəti - Açıqlandı
  • Dünən, 20:46
    “Vətən, torpağına qurban olum, Vətən şəhidinə qurban olum”
  • Dünən, 14:42
    Yarım əsrlik ömrün uğur salnaməsi – Məftun Xankişiyev 50 yaşını qeyd edir
  • Dünən, 12:32
    FHN daha bir təlim keçirdi
  • Dünən, 12:23
    İranda hava limanı vuruldu - Ölən var
  • Dünən, 12:19
    “Yaponiya İslam Respublikası tərəfindən 111 raket buraxılıb”
  • Dünən, 12:13
    Ən çox onun baxışları müzakirə olundu
  • Dünən, 11:56
    Məktəbəqədər təhsil müəssisələrinə elektron qəbul başladı
  • Dünən, 11:51
    Tehran-Məşhəd dəmiryolu xətti də vurulub
  • Dünən, 11:46
    “Bank Respublika” “Finnfund”dan 15 milyon avro cəlb edib
  • Dünən, 11:41
    Mənzilin girişinə kamera quraşdırarkən qonşunun icazəsi olmalıdır - Ali Məhkəmə
  • Dünən, 11:37
    “Xalq Bank”ın Xankəndi filialı fəaliyyətə başladı
  • Dünən, 11:29
    Səyyar Gənclər Xidməti bu dəfə Qəbələ gəncləri ilə üçün yola çıxıb
  • 8-07-2026, 21:18
    MİRZƏ CƏLİLİN YOLU, YOXSA RZA BƏYLƏRİN YOLU?
  • 8-07-2026, 17:05
    "Azərbaycan Bayrağı" ordenli, müharibə veteranı, polkovnik Elmar Hüseynov: “Mən bu Vətənin oğluyam” – Şəhid Vidadi Zalovun ömür yolu və Vətənə sədaqət dastanı
  • 8-07-2026, 14:25
    Sabah yağış yağacaq
  • 8-07-2026, 14:21
    “İranla atəşkəs qüvvədən düşüb”
  • 8-07-2026, 14:09
    “Azər Türk Bank”dan təhsil işçiləri üçün sərfəli istehlak kreditləri
  • 8-07-2026, 14:05
    İranda partlayış səsləri - ABŞ-nin daha bir bazası vuruldu
  • 8-07-2026, 14:02
    Yeni təmayül tədris modelinə qeydiyyat davam edir
  • 8-07-2026, 13:58
    Bəzi rayonlarda leysandır
  • 8-07-2026, 13:55
    “Azercell” AWS ilə təlimlər təşkil edib
  • 8-07-2026, 13:51
    Tramp bu barədə əmri Ankarada olarkən verib
  • 8-07-2026, 12:10
    FHN və DSX birgə təlim keçirdi
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Baş direktor: Şamil Məmmədəlioğlu
  • E-mail: [email protected] | [email protected]
  • Telefon: (+99455) 200-67-99
  • Baş məsləhətçi: Təyyar Yəhyayev
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Ulusestv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə