• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video

Əkrəm Babayev: “Bu döyüş təkcə torpaq uğrunda deyildi, Vətənimizin şərəfi, şəhidlərimizin ruhu uğrunda idi”

gundem / sosial

6-11-2025, 13:49

Əkrəm Babayev: “Bu döyüş təkcə torpaq uğrunda deyildi, Vətənimizin şərəfi, şəhidlərimizin ruhu uğrunda idi”
Vətən Müharibəsində iştirak edən qəhrəmanlardan biri də hazırda Qəbələ–Oğuz Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru vəzifəsində çalışan Əkrəm Kərəm oğlu Babayevdir. Onun həyat yolu və döyüş salnaməsi gənclər üçün nümunə, vətənə sədaqətin parlaq göstəricisidir.
Əkrəm Babayev 1976-cı il aprelin 24-də İsmayıllı rayonunun Buynuz kəndində anadan olub. 1982-ci ildə kənd məktəbində birinci sinfə gedib, orta təhsilini fərqlənmə ilə başa vurub. Daha məktəbdə oxuyarkən – 1992-ci ilin noyabr ayında – I Qarabağ müharibəsinə könüllü olaraq yollanıb. 1993-cü ilin mayında döyüşlərdən qayıtdıqdan sonra həm buraxılış, həm də ali məktəb imtahanlarında iştirak edib və elə həmin il Azərbaycan Dövlət Aqrar Universitetinin (keçmiş Kənd Təsərrüfatı Akademiyası) Meşəçilik fakültəsinə qəbul olunub. 1997-ci ildə ali təhsilini bitirərək İsmayıllı rayon Meşə İdarəsində əmək fəaliyyətinə başlayıb.
1998-ci ildə Yeni Azərbaycan Partiyasının üzvü seçilən Əkrəm müəllim, sonrakı illərdə peşəkarlığı ilə fərqlənərək nazirliyə işə dəvət alıb, burada baş mütəxəssis vəzifəsində çalışıb. O, 2010-cu ildən Oğuz, 2013-cü ildən Qusar rayon Meşə İdarələrinin müdiri vəzifələrində çalışıb. 2021-ci ildə Şəki–Qax Regional Meşə Təsərrüfatı Mərkəzinə direktor, 2023-cü ilin fevralından isə Qəbələ–Oğuz Regional Mərkəzinə direktor təyin olunub.
İki dəfə müharibə iştirakçısı olmuş Əkrəm Babayevin döyüş yolu qəhrəmanlıq və vətənpərvərlik nümunəsidir. O, I Qarabağ müharibəsində Mərzili, Ergid, Əmralı və Ağdam şəhəri uğrunda gedən döyüşlərdə iştirak edib. II Qarabağ müharibəsində isə leytenant kimi döyüşlərə qatılıb, Murov istiqamətində göstərdiyi şücaətə görə baş leytenant, daha sonra isə kapitan rütbəsinə yüksəlib.
Əkrəm Babayevin qəhrəmanlığı dövlət tərəfindən yüksək qiymətləndirilib. O, “Kəlbəcərin azad olunmasına görə”, “Suqovuşanın azad olunmasına görə”, “Vətən Müharibəsi iştirakçısı” və “Döyüş xidmətlərinə görə” medalları ilə təltif olunub.
Ailəlidir, 4 qızı, 2 oğlu və 3 nəvəsi var.
– Salam, Əkrəm müəllim! Necəsiniz? Qarşıda Zəfər Gününün 5 illiyini qeyd edəcəyik. İlk olaraq, həmin dövrü necə xatırlayırsınız?
— Salam. Zəfər Günü bizim üçün ən müqəddəs tarixlərdən biridir. 44 günlük Vətən Müharibəsində qazandığımız Qələbə həm xalqımızın, həm də dövlətimizin iradəsinin təntənəsi oldu. O günləri xatırlamaq həm qürurverici, həm də kövrəldicidir, çünki biz bu zəfəri çox böyük itkilər hesabına qazandıq.
– Necə oldu ki, müharibəyə getməyə qərar verdiniz?
— Vətən Müharibəsi başlayan ilk günlərdə mənim kimi minlərlə gəncin və orta yaşlı insanın ürəyində yalnız bir fikir vardı – Vətəni qorumaq!. Bu çağırış bizim qanımızda, ruhumuzdadır. Mən də tərəddüd etmədən səfərbərlik elan olunan kimi könüllü olaraq hərbi komissarlığa müraciət etdim.
Biz bilirdik ki, bu döyüş sadəcə torpaq uğrunda deyil. Bu, şəhidlərimizin ruhu, milli ləyaqətimiz və gələcək nəsillərimiz üçün bir mübarizə idi. Ailəm və dostlarım qərarımı anlayışla qarşıladılar, çünki bu, hər bir azərbaycanlının Vətən borcudur.
– Müharibə dövründə keçdiyiniz döyüş yolu haqqında danışardınız.
— Mən Tərtər, Suqovuşan, Murov və Kəlbəcər istiqamətlərində gedən döyüşlərdə iştirak etmişəm. Hər gün, hər saat gərgin idi. Amma bizim birliyimiz, əsgərlərimizin ruh yüksəkliyi, zabitlərimizin peşəkarlığı bizə güc verirdi.
Xüsusilə Cəbrayılın azad olunduğu gün heç vaxt yadımdan çıxmaz. O an sanki bütün Azərbaycan əsgərinin qəlbi bir döyünürdü. Hamı bilirdi ki, bu zəfərin sonu Şuşa olacaq.
Şuşanın azadlığı xəbəri gələndə sanki bütün yorğunluq, ağrı, itkilər bir anlığa unuduldu. Hər kəs göz yaşlarını gizlədə bilmirdi. Biz bilirdik ki, artıq Azərbaycan qalib gəlir, 30 illik həsrət bitir.
– Qazandığımız Qələbə bizə nə verdi – istər daxildə, istər xaricdə?
— Qələbə bizə hər şeydən əvvəl qürurumuzu və birliyimizi qaytardı. Bu, xalqımızın öz gücünə, öz dövlətinə inamının bərpası idi. Daxildə həm siyasi, həm mənəvi həmrəylik formalaşdı. Hər kəs bir məqsəd ətrafında birləşdi – dövlətçiliyi qorumaq və inkişaf etdirmək.
Xaricdə isə Azərbaycanın nüfuzu daha da artdı. Dövlətimizin regional liderə çevrilməsi, ordumuzun peşəkarlığının dünya miqyasında tanınması məhz bu Qələbə sayəsində mümkün oldu.
Bu gün azad edilmiş torpaqlarda yeni həyat başlayır. Məktəblər, yollar, hava limanları, kəndlər, enerji xətləri tikilir. Bu, həm şəhidlərimizin ruhuna ehtiram, həm də gələcəyə inamın rəmzidir.

Biz artıq təkcə döyüş meydanında deyil, həyat meydanında da qalib gəlirik.
– Əkrəm müəllim, sonda oxucularımıza nə demək istərdiniz?
— Mən bütün Azərbaycan xalqını qarşıdan gələn Zəfər Günü münasibətilə təbrik edirəm. Bu qələbəni bizə bəxş edən Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə, Ordumuza və xalqımıza minnətdaram. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Biz birlikdə güclüyük, birlikdə qalib gəlmişik və bu birliyi qorumaq bizim borcumuzdur.
PS: Əkrəm müəllim keçdiyi döyüş yolundan, müharibənin amansızlıqlarından qürurla danışdı. Müharibədir, təbii ki, şəhid də olacaq, yaralı da. Amma əsas komandir kimi əsgəri ruhlandırıb özü ilə döyüşə apara bilmək, döyüşdən qalib çıxmaq əzmini yaratmaqdır. Qorxmamaqdır!.. Əkrəm Babayev də qorxmadı. Geriyə belə boylanmadı. Qoyub gəldiyi 6 övladını düşünmədən döyüşlərə atıldı. Əslində yanında olanlar da onun övladları idilər. Əsgərlərini övladı kimi sevdi, əzizlədi. Hamımız Murov dağlarında daim qar, şaxta, çovğun və soyuq olur. Amma Əkrəm kimi mərd və qorxmaz zabitlərimizin, əsgərlərimizin hesabına yenilməz dağları aşdıq və 30 ilə yaxın müddətdə işğal altında qalmış torpaqlarımız geri alındı. Var ol Murov Qartalı!
Qarşıdan 8 noyabr Zəfər günümiz gəlir. Bu günü qeyd eləmək ən çox da Əkrəm müəllimin, müharibədə kişi kimi döyüşən minlərlə zabit və əsgərin haqqıdır. Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyirik. Vətən sizin kimi oğulları ilə Vətəndir! Sən də baban kimi şərəfli döyüş yolu keçdin. Bu gün övladların və nəvələrin sənlə qürur duyur Əkrəm Ata, Əkrəm Baba!
Zəfər Günün mübarək olsun Vətən oğlu!

Oxunub: 12
Paylaş:
Digər xəbərlər

gundem / sosial / ust / manset

13-04-2024, 13:18

Birinci Qarabağ Müharibəsinin şəhidi Məmmədrafil Ağakişiyev (1964-1994)

gundem / manset

22-04-2025, 13:19

Bu idarələrə yeni müdir müavinləri təyin edildi

gundem / manset

1-06-2024, 13:13

Vəzifəli şəxs ürəktutmadan öldü

gundem / manset

14-06-2024, 11:12

Keçmiş bisnesmen Masallı Regional meşə idarəsinin rəisi Nəsimi Nəsibovun meşələri məhv etdirirək yeni biznes yaradıb-Araşdırma

gundem / manset

5-01-2025, 12:25

Milli Qəhrəmanlar Elgiz Kərimov, Şirin Mirzəyev, Naiq Yusifovun doğum günüdür

ULUSƏS TV
Son xəbərlər
  • Dünən, 16:53
    Son döyüş – qəhrəmanlıq fəlsəfəsi...
  • Dünən, 15:57
    “Sonsuz intellektin təzahürləri” kitabından epizodlar
  • Dünən, 15:03
    Qibləgahım, səcdəgahım, üçrəngli Türk bayrağı...
  • Dünən, 10:28
    KİTAB TƏQDİMATI
  • Dünən, 09:00
    7 il sonra Şimali Koreyaya səfər edəcək
  • Dünən, 08:56
    Məşhur aktyor sevgilisinin oğlu tərəfindən qətlə yetirildi
  • Dünən, 08:53
    ABŞ Kuba prezidenti və ailəsinə sanksiya tətbiq etdi
  • Dünən, 08:50
    “İrandan sonra Kuba ilə məşğul olacağıq”
  • Dünən, 08:40
    “Bu ölkələrə getməyin” - ABŞ-dən xəbərdarlıq
  • Dünən, 08:32
    “Xamenei ilə görüşməyim mümkündür, şərəf duyardım”
  • Dünən, 08:21
    Gediş haqqını ödəməmək üçün sürücünü döyüb xəstəxanalıq etdilər - Rusiyada qəribə olay
  • Dünən, 08:17
    Genetik saatla insanın ömrünü bilmək real ola bilər
  • Dünən, 08:14
    “Ağır qrafiklə oynayırdıq, güclü rəqiblərlə üz-üzə gəldik”
  • Dünən, 08:11
    “Liverpul”un yeni baş məşqçisi o oldu
  • 4-06-2026, 21:57
    ATU-da tibb ixtisasları üzrə yeni tədris proqramlarının ilkin müzakirəsi keçirilib
  • 4-06-2026, 18:54
    SÖZ VƏ ZƏKA NURUNA BÜRÜNMÜŞ AZMAN AYDIN
  • 4-06-2026, 17:25
    Əsl dostluq – Etibar və sədaqətin əbədi ünvanı...
  • 4-06-2026, 14:45
    Enerji təhlükəsizliyi: dayanıqlı gələcəyin əsas təminatı
  • 4-06-2026, 14:42
    Sabah 32° isti olacaq
  • 4-06-2026, 14:38
    Mourinyo Türkiyəni Avropa Məhkəməsinə - Şikayət etdi
  • 4-06-2026, 14:35
    Ali Məhkəmədən xəbərdarlıq - Bu pullar geri qaytarılmır
  • 4-06-2026, 14:32
    Şuşada infrastruktur layihəsi üzrə tikinti işləri davam etdirilir
  • 4-06-2026, 14:29
    “Bizim millimiz müdafiə futbolu oynamır”
  • 4-06-2026, 14:25
    Ruslan Eyyubova da yekun ittiham verildi - İstintaq bitdi
  • 4-06-2026, 14:21
    Rusiyaya işləməyə gedən ermənilərin sayı azalıb
  • 3-06-2026, 14:05
    Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş futzal turniri başa çatdı
  • 3-06-2026, 13:11
    Prezident Mərkəzi Bankın yeni binasının açılışında iştirak etdi
  • 3-06-2026, 13:08
    Böyümə, yaşlanma və xərçəng riski bir genlə əlaqəlidir
  • 3-06-2026, 13:05
    Bir çox cütlük səhv seçim edir: mütəxəssis seks üçün ən uyğun vaxtı açıqladı
  • 3-06-2026, 13:01
    Alternativ Şuşa yolu istifadəyə verildi - Video
  • 3-06-2026, 12:50
    Torpaq sevgisindən doğan qəhrəmanlıq...
  • 3-06-2026, 12:41
    “SONSUZ İNTELLEKTİN TƏZAHÜRLƏRİ” kitabından ixtisarla
  • 3-06-2026, 12:03
    Onilliklərin ən güclü istisi gözlənilir - Xəbərdarlıq
  • 3-06-2026, 11:45
    ADSEA Xankəndidə 3 mindən çox abonentə xidmət göstərir
  • 2-06-2026, 19:02
    Yaddaşdan silinməyən ilk "Döyüş"
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Baş direktor: Şamil Məmmədəlioğlu
  • E-mail: [email protected] | [email protected]
  • Telefon: (+99455) 200-67-99
  • Baş məsləhətçi: Təyyar Yəhyayev
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Ulusestv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə