Müdriklər demişkən, "xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür". Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Nərimanov rayon icra Hakimiyyəti başçısının 1-ci müavini Şahmar İbadovdur.
Nərimanov rayon icra Hakimiyyəti başçısının 1-ci müavini Şahmar İbadov vəzifəsini vicdanla yerinə yetirən, təmsilçisi olduğu dövlətin, hakimiyyətin, xalqın və prezidentin etimadını yüksək səviyyədə doğrulda bilən insandır.
Nərimanov rayon icra Hakimiyyəti başçısının 1-ci müavini Şahmar İbadovun adı, Nərimanov rayon ictimaiyyətinə bəlli bir addır. Xoşbəxt o şəxsdir ki, onu geniş ictimai auditoriya daşıdığı vəzifəsinin öhdəsindən layiqincə gəlmək bacarığına, xeyirxah əməllərinə, ziyalılığına, yaradıcılıq qabiliyyətinin göstəricilərinə və.s-yə görə tanıyıb hüsnü-rəğbət bəsləyirlər..
Şahmar İbadov üstünə düşən vəzifəni məsuliyyətlə yerinə yetirməyə çalışır.
Şahmar İbadov vəzifəyə gəldiyi gündən görülən işlərin siyahısına nəzər salanda həyata keçirilən genişmiqyaslı işlərin bariz nümunəsini görmək olar.
-Şahmar İbadov əsl ziyalı vicdanlı və vətənpərvər şəxsiyyət kimi milli “mən”i şəxsi “mən”dən hər zaman uca tutur, özünə hörməti şəxsi iddialarda deyil, uğurlu əməllərdə axtarır.
-Şahmar İbadov yüksək insanlığı ilə seçilən bir insandır!
-Şahmar İbadov - əsl ziyalı üçün vacib sayılan mühüm keyfiyyətlərdən biri də onun aydın mövqeyə sahib olması, taleyüklü məqamlarda ən doğru, dürüst olanı seçməsi, lazımi anda qətiyyət, cəsarət nümayiş etdirməsidir.
Prezident İlham Əliyev 2003-cü ildən bugünədək 71 dəfə Nərimanov rayonunda olub, müxtəlif obyektlərin təməlqoyma və açılış mərasimlərində iştirak edib, əsaslı təmir və yenidənqurma işlərindən sonra yaradılan şəraitlə, habelə inşası davam edən obyektlərdə işlərin gedişatı ilə maraqlanıb. Biz rayonda olarkən məlumat əldə etdik ki, rayon rəhbəri Abdin Fərzəliyev və onun birinci müavini Şahmar İbadov tərəfindən yerlərdə tez-tez səyyar qəbul və görüşlər keçirilir, insanların küçə və məhəllədaxili yolların təmiri, maddi yardım, dam örtüyünün təmiri, məhəllələrin abadlaşdırılması, işə düzəlmə, kommunal problemlər, təhsil, səhiyyə müəssisələrinin təmiri və tikintisi, mənzil şəraitinin yaxşılaşdırılması və sosialyönümlü məsələlərlə bağlı müraciətlərinə baxılır, problemləri həll edilir. Abdin Fərzəliyev uzun illərdir ki, rayonda yığılıb qalan problemlərin həllinə nail olub. O, qəbuluna gələn bütün insanlarla səmimi görüşlər keçirir, onların şəxsi problemlərinin həllinə köməklik göstərir, eyni zamanda rayonun inkişafı üçün böyük işlər görür.
Nərimanov rayon İcra Hakimiyyəti başçısı Abdin Fərzəliyev və onun birinci müavini Şahmar İbadov vətəndaşlar tərəfindən hər gün icra hakimiyyətinə edilən müraciətləri təhlil edir və icrasına ciddi nəzarət edir. Bu müraciətlər torpaq sahəsinin ayrılması, ev və ya sığınacaqla təminolunma, dövlət əhəmiyyətli binaların tikintisi ilə əlaqədar vətəndaşların başqa mənzillərə köçürülməsi, məhəllələrin abadlaşdırılması, iş yerləri ilə təminolunma, ad və ya soyadların dəyişdirilməsi və kommunal problemlər və digər məsələlərlə bağlı olur. Abdin Fərzəliyev hər bir vətəndaşın müraciətinə həssaslıqla yanaşaraq onun həllinə nail olur. Buna görə də yerli sakinlər daim rayon rəhbərliyindən razılıq edirlər.