18 Yanvar 2019-cu il tarixdə "Vətən Naminə Xalq" ictimai birliyinin sədri Hacı Əbdülün sədrliyi ilə, 20 Yanvar faciə qurbanlarının 29-cu ildönümünə həsr olunmuş tədbir keçirildi. Tədbiri birliyin sədri açıb ilk çıxış üçün sözü, “İmam Hüseyn”məscidin axundu Hacı Validə verdi. Hacı Valid çıxışına şəhidlərin xatirəsinə dua oxumaqla bağladı və hər kəsi səbrli olmağa çağırdı. Daha sonra çıxış üçün söz BDU-də çalışan Atamoğlan müəllimə verildi. Az sönra çıxış üçün söz "Vətən Naminə Xalq" ictimai birliyi sədrinin 1-ci müavini Emin müəllimə verildi. O, çıxışında 20 Yanvar faciə qurbanlarını müstəqillik yolunda canlarını fəda edən qəhrəman hesab etdi. Az sonra çıxış üçün söz adı çəkilən qurumun ziyalılar şurasının sədri Firudin müəllimə verildi. Tədbirdə faciə qurbanlarından biri olan 13 yaşlı Larisanın anası Qalina Mamedova da çıxış etdi və o, həmin günləri ürəkyanğısı ilə qeyd etdi. Həmin gün övladını itirən ana, etdiyi çıxışında faciə qurbanlarının hər birinə rəhmət dilədi və 20 Yanvarı tariximizin qəhrəmanlıq səlnaməsi adlandırdı. Digər çıxışçı şəhid bacısı Ofelya Bağırova etdiyi çıxışında 28 yaşlı polis qardaşının xatirələrindən danışdı və hər kəsi qürurlu olmağa, həmin günün ağrı-acısından bəhs etdi. Digər şəhid Yusif Qasımovun həyat yoldaşı çıxışında, xalqımızın məğrurluğundan, hər ağrı-acıya mərdliklə sinə gəlməsindən danışdı. Söz general Əli bəyə verilərkən, o, özünün hərbçi olduğunu dilə gətirdi və məğrur xalqımızın hər zaman qəhrəmanlıq nümunəsi göstərdiyini bildirdi. Tədbirdə iştirak edən və iki şəhid vermiş Rumanə xanım, etdiyi çıxışı zamanı vurğuladı ki, şəhid adı mənim üçün olduqca əziz addır. Mən həmişə bu adı uca tutmuşam. Çünki, şəhidlik ən yüksək, heç cür əlçatmaz zirvədir. Tədbirdə uzun illər ərzində bir çox media qurumlarında çalışmış və silinməz izlər buraxmış Nizami Şirəliyevin həyat yoldaşı Gülnarə Şirəliyeva da çıxış etdi və o, çıxışı zamanı vurğuladı ki, “o gün bizə qismət olsun ki, Qarabağımıza qayıdaq və yəqin ki, o halda şəhidlərimizin ruhu şad olar. Arzum budur ki, o gün bizə nəsib olsun və mən də həyat yoldaşımın davamçısı olaraq xoş xəbərlərdən yazım” dedi.
Sonda faciə qurbanlarının adına ehsan verildi və dualar oxundu. Bu da o deməkdir ki, Vətən Naminə Xalq" ictimai birliyinin sədri Hacı Əbdül, hər kəsi o qanlı Yanvar faciəsini unutmamağa, faciə qurbanlarının xatirəsini yada salmağa çağırır. Onu da bildirək ki, bu ehsanın verilməsinin təşkil olunmasında İslam Göyüşovun əvəzsiz zəhməti olur. Sonda o, bir təşkilatçı olaraq hər kəsə səbr diləyərək, xalqımızın məğrur xalq olmasını dilə gətirir. İslam Göyüşovun çıxışından sonra, yekun çıxışı "Vətən Naminə Xalq" ictimai birliyinin sədri Hacı Əbdül edərək, o, növbəti çıxış üçün sözü “İmam Hüseyn”məscidin axundu Hacı Validə verir. O, bütün şəhidlərin ruhuna dualar oxuyub, tədbirdə iştirak edən hər kəsə minnətdarlığını bildirir.
Allah bütün Şəhidlərimizə rəhmət eləsin!
Rasafil Bayramov
“AtaTv.az” xəbər portalının rəhbəri