Ağstafa rayonunda yaşayış binasında baş vermiş yanğın zamanı xəsarət alan qadın ölüb.
ulusestv.az “Report”a istinadən xəbər verir ki, üç ailənin yaşadığı bir mərtəbəli binada baş vermiş yanğın zamanı xəsarət alan 1960-cı il təvəllüdlü Natalya Əhmədəliyeva Bakı şəhərində yerləşən xəstəxanaya aparılarkən yolda keçinib.
Faktla bağlı araşdırma aparılır.
18.49
Ağstafa rayonunun Poylu kəndində güclü yanğın olub.
Bir dam altında tikilmiş 3 ailənin yaşadığı birmərtəbəli binada ümumi sahəsi 140 m² olan 2 otaqlı evin 1 otağının yanar konstruksiyaları 20 m² sahədə, digər otağının qapı-pəncərə çərçivəsi 6 m² sahədə və dam örtüyünün yanar konstruksiyaları 40 m² sahədə yanıb.
Bu haqda FHN - nin mətbuat xidmətindən məlumat verilib.
Yanğın zamanı 1 nəfər xəsarət alıb. Evin qalan hissəsi və bitişik evlər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.