“Youth Inc.” Sahibkarlıq Proqramı çərçivəsində həyata keçirilən “New Generation” layihəsi üzrə Şəki-Zaqatala iqtisadi regionundan olan gənclər növbəti təlimlərini yekunlaşdırıb.
Xanım iştirakçıların üstünlük təşkil etdiyi Şəki şəhərində 2 gün ərzində ümumilikdə 222 iştirakçı təlimçi Sənan Həsənov tərəfindən keçirilən “İdeya Generasiyası”, “Sahibkarlıq bacarıqları” və “Rəqəmsal Marketinq” təlimlərində iştirak ediblər. Bundan əvvəl Quba şəhərində təlimləri yekunlaşdıran gənclərdən əlavə olaraq layihə çərçivəsində Abşeron və Gəncə-Qazax iqtisadi regionlarından olan gənclər üçün təlimlər və görüşlər fevral ayının sonuna qədər davam edəcəkdir. 4 iqtisadi regiondan olan iştirakçılar üçün təlimlər yekunlaşdıqdan sonra artıq “New Generation” layihəsinin III mərhələsi üzrə seçilmiş 100 ideya sahibi gənc mentorinq mərhələsində iştirak edəcəkdir.
Qeyd edək ki, “New Generation” layihəsi “Youth Inc.” Sahibkarlıq Proqramı çərçivəsində “Coca-Cola Foundation”-un dəstəyi, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dövlət tərəfdaşlığı ilə 2018-ci ildə həyata keçirilməyə başlayaraq ölkə miqyasında 4 iqtisadi regionu əhatə edir. Layihənin əsas məqsədi ölkə ərazisində gəncləri sahibkarlığa cəlb həvəsəndirmək və mövcüd biznes ideyaları daha da inkişaf etdirərək startap ekosisteminə qoşmaqdır. 1 il davam edəcək “New Generation” layihəsi Abşeron, Quba-Xaçmaz, Gəncə-Qazax və Şəki-Zaqatala iqtisadi regionlarında icra olunur. Layihəyə qoşulan gənc sahibkarlar ümumilikdə 4 mərhələdən keçəcək.
Təlimlər haqqında məlumat almaq və qoşulmaq üçün: nguniversity.youthinc.az
#bethenextone #newgeneration #newgenerationuniversity #yeninəsil #youthinc #cocacola #GənclərvəİdmanNazirliyi
Sahib A. Gülməmmədov
İctimaiyyətlə Əlaqələr üzrə Menecer
(077) 421-1118 / pr@youthinc.az