Rəhbər İlham yaradır, xalq yolunda çox işi,
Onun düşündüyünü, düşünəmməz hər kişi.
Verdiyi qərarların, yox oxşarı, yox tayı,
Bu bir Allah işidir, ona verib bu payı.
Dövlətimin rəhbəri, Dahinin İlham oğlu,
Hər kəsin ürəyində, sizə sevgi var çoxlu.
Kəlbəcərə çək yolu, qoy yolum olsun yarı,
Ordan Göyçəyə gedim, qürbət ellərə barı.
Hər əməlin, hər işin, dastan olub dillərdə,
Adına ehtiram var, neçə-neçə ellərdə.
Dövlətimə sədaqət, gəlir sənin soyundan,
Az qalıbdır içərik, İsti suyun suyundan.
Torpaqlar azad olar, az qalıbdır yağıdan,
Torpaqlar xilas olar, zəhər mardan- ağıdan.
Ali Baş Komandanım, düşmənə göz dağıdır,
Sözünün qüdrətiylə, düşmən qəlbin dağıdır.
Düşmənin nə qəlbi var, nə də canında ruhu,
Qorxudan-həyəcandan, ərşə çəkilib yuxu.
Uzaq Çindən başlayıb, neçə ölkəni keçir,
Dəmir yolu qənaət, hər kəs bunları seçir.
Sevindirir hər zaman, obaları, elləri,
Dostluğa qol-qanaddır, bizim dəmir yolları!
Davamı var...