Tərtərdə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
Hadisə rayonun Bəyimsarov kəndində qeydə alınıb.
Yolun qarşı tərəfinə keçmək istəyən kənd sakini, 2001-ci il təvəllüdlü Rauf Hümbətovu "VAZ 2109" markalı maşın vurub.
Yaralı əvvəl Tərtər rayon, sonra Bərdə rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.