Peşə fəaliyyətimlə əlaqədar olaraq indiyə kimi onlarla yox, yüzlərlə səhiyyə ocaqlarında olmuşam. Onların içərisində elələri olub ki, həmin an yaddaşımdan silinib gedib, ancaq elə səhiyyə ocaqları da olub ki, uzun müddət o ocağın ab-havısı ilə yaşamışam, yaddaşıma əbədi həkk olunub. Mən indi yaddaşımda qalan və ya qalmayan səhiyyə ocaqlarını burda sadalamaq niyyətind deyiləm. Eyni zamanda bu, tamamilə ayrı bir mövzunun söhbətidir. Mən bu günkü yazımda isə Elmi-Tədqiqat Kardiologiya institutundan söhbət açmaq istəyirəm.
Bu günlərdə yolumu C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya institutundan salmışdım. Əslində məni ora çəkib aparan başqa bir səbəb idi. Daha doğrusu yaxın bir tanışım həmin institutda müalicə olunurdu. Mən uzun illər Bakıda yaşadığıma baxmayaraq ilk dəfə idi ki, bu tibb müəssisəsində olurdum. Elə ilk baxışdan da mənim diqqətimi cəlb etdi. Belə ki, həkim personalının mehriban münasibəti, xəstələrə qarşı həddindən artıq diqqətcil olmaları məni həqiqətən ürəkləndirdi. Maraqlandım ki, bu yaxınlarda instituta yeni təyin olunmuş direktor tibb elmlər doktoru Gülnaz xanım Dadaşovanın gəlişindən sonra buradakı ab-hava tamamilə dəyişmiş, balaca bir zaman kəsiyində yenidən təmir olunaraq institutun texniki bazası yenilənmiş, bütün şöbələr yeni və müasir avadanlıqlarla təchiz olunmuşdur. Onu da öyrəndim ki, C.Abdullayev adına Elmi Tədqiqat Kardiologiya İnstitutu 1979-cu ildən fəaliyyətə başlayıb.
Bu səhiyyə ocağını dolaşarkən İnstitutun böyük elmi potensiala və klinik-praktik təcrübəyə malik olduğunu gördüm. Belə ki, burada elmi-tədqiqat, təşkilati-metodik, müayinə, müalicə, profilaktika, məsləhət göstərmə kimi fəaliyyətləri mövcuddur. Bu gün Azərbaycanda yeganə “Agedio” aparatı Exo kardioqrafiya aparatları, ürək dayanması zamanı istifadə olunan defibrilyator ilə təmin edilmiş, təxirəsalınmaz yardım bloku xəstələrin arterial təzyiq, nəbzir nəzarət üçün istifadə olunan və elektrokardioqrammanı daim müşahidə etməyə imkan verən monitorlar, palatalarda yeni və universal funksiyalara malik çarpayılar xəstələrin istifadəsinə verilmişdir. Eyni zamanda Gülnaz xanımın gəlişindən sonra institutuda yeni reanimasiya şöbəsi yaradılmış və şöbəyə yeni avadanlıqlar alınmışdır. C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunda “Telesəhiyyənin təşkili”nin aparılmasına dair 30.07.2019-cu il tarixdə 3 cihaz üzrə treninq keçirilib. Belə ki, bu gün respublikanın hansı bölgəsində olmağından asılı olmayaraq xəstələrlə əlaqə saxlamaq mümkündür. Onlar mütəmadi olaraq müşahidə altında olur və manotorlar vasitəsi ilə xəstə nəzarətdə saxlanılır. Bu da təbii ki, Azərbaycanda yeganə səhiyyə müəssisəsidir ki, belə yüksək xidmətlərlə xəstələrin sağlamlığının keşiyində durur. Elə buna görə də institutun direktoru tibb elmləri doktoru Gülnaz xanım Dadaşova dərin təşəkkür və minnətdarlığımızı bildiririk.
Akademik Cahangir Abdullayevin adınını daşıyan Elmi Tədqiqat Kardiologiya İnstitutunun bu yaxınlarda 40 illiyi tamam oldu. Bu münasibətlə yuxarıda adını çəkdiyim səhiyyə ocağında tibb elmləri doktoru Gülnaz xanım Dadaşovanın səyi nəticəsində elmi konfrans keçirilib. Konfransda yerli mütəxəssislərlə yanaşı, Gürcüstandan, Belarusdan, Türkiyədən, Rusiya və digər ölkələrdən tanınmış kardioloq və kardiocərrahlar iştirak ediblər. Onu da qeyd edim ki, uzun bir təkamül dövrü keçən bu səhiyyə ocağı bu gün səhiyyə sahəsində fəaliyyət göstərən elmi ocaqlar arasında özünəməxsus yer tutur. Hazırda institutda Azərbaycanda yeganə olaraq ürək-damar ağırlaşmalarının praqnozunda vacib amillərdən olan Mərkəzi Aortal Təzyiqin ölçülməsi təmin edilir.
Bu gün Azərbaycanda hər cür xəstəlikdən əziyyət çəkən xəstələrimiz vardır. Belə xəstələr çox vaxt xarici ölkələrə üz tutur, sağlamlaqlarının dərdinə dərmanı ancaq xarici ölkələrdə axtarırlar. Lakin bu gün yuxarıda adlarını sadaladlığımız xəstəliklərdən əziyyər çəkənlər bir başa elmi tədqiqat institutuna üz tutur və burada müalicə olmağın üstünlüklərinin şahidi olurlar. Xəstələr effektli və xəstəliyin erkən dövründə göstərilən kardioloji yardımdan Elmi Tədqiqat Kardiologiya institutunda geniş şəkildə yararlana bilirlər.
Akademik C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutu müasir günümüzdə öz elmi nailiyyətləri ilə ölkəmizin hüdudlarından kənarda da kardiologiya sahəsində yeni uğurlara imza atmışdır. Uzun elmi axtarışlar bu gün öz səmərəsini verməkdədir.
Bütün bunlar onu deməyə əsas verir ki, hər bir Azərbaycan vətəndaşı öz ölkəsinin səhiyyəsinə güvənə bilər. Akademik C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutun alim - həkim heyəti ürək-damar xəstəliklərinin bütün sirrlərini bilirlər və onlarla mübarizə aparmağı bacarırlar. Artıq günlər qət edib hər-hansısa başqa uzaq ölkələrə şəfa tapmağa getməyə ehtiyac qalmır. Onu da deyim ki, bütün andlar gözəldir, ancaq Hippokrat andı kimi and yoxdur. Bu gün bu andı içən həkimlər içdikləri anda sadiq qaldıqlarını sübut edirlər.
Xəstələr üçün hər cür şərait yaradılan instituta bu gün müraciət edənlərin sayı artmaqdadır. Biz inanırıq ki, sağlamlıqlarını xarici ölkələrdə axtaranlar bu gündən sonra bu səhiyyə ocağına müraciət edəcək və sağlamlıqlarını burada tapacaqlar. Yeri gəlmişkən mən institutda çalışan bütün həkim persolanına, sağlamlığımızın keşiyində duran həkimlərimizə dərin təşəkkürümü büldirirəm və onlara sonsuz uğurlar arzulayıram.
Şamil Cəfərov