Azərbaycan ədliyyəsinin zəngin və keşməkeşli tarixini öyrənmək, bu orqanın ədalət mühakiməsinin həyata keçirilməsində, insanların hüquq və qanuni mənafelərinin qorunması sahəsində müsbət fəaliyyətini indiki və gələcək nəsillərə çatdırmaq, ədliyyə orqanlarının yaxşı ənənələrini qoruyub saxlamaqla bu işdə varisliyi təmin etmək, kadrları, xüsusilə kadrların gənc nəslini bu orqanın qabaqcıl ənənələri ruhunda tərbiyə etmək, ədliyyə fəaliyyətinin ictimaiyyət arasında təbliğini genişləndirməkdir.
Yeri gəlmişkən, ədliyyə infrastrukturunun müasirləşdirilməsi çərçivəsində son illər 50-dən çox qeydiyyat şöbəsinin binaları əsaslı təmir olunmuş və ya yeniləri inşa olunaraq istifadəyə verilmişdir.
Vətəndaş cəmiyyəti institutlarının fəaliyyətinə dəstəyin artırılmasına, qrantların verilməsi prosedurunun asanlaşdırılmasına və şəffaflığın təmin olunmasına xidmət edən bu mühüm sənədin icrası ilə bağlı məsələ təxirə salınmadan nazirliyin kollegiyasında müzakirə olunmuş və konkret tədbirlər müəyyən edilərək icrasına başlanılmışdır.
Nazirliyin yeni fəaliyyət istiqamətlərindən olan sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri dövlət başçısının sahibkarlığın inkişafına əngəllərin aradan qaldırılması ilə bağlı göstərişlərinə əsasən, xeyli təkmilləşdirilmişdir. Həyata keçirilən islahatlar, müvafiq reyestrin tətbiqi təcrübəsi digər dövlətlərin diqqətini cəlb edir.
Ölkə Prezidentinin dövlət qurumları tərəfindən insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması ilə bağlı tapşırıqları Ədliyyə Nazirliyi tərəfindən daim diqqətdə saxlanılaraq bu sahədə iş mütəmadi təkmilləşdirilir, müasir İKT-lər tətbiq olunmaqla “qaynar xətlər” fəaliyyət göstərir, virtual və səyyar qəbullar keçirilir.
Eyni zamanda, ölkə başçısının təşəbbüsü ilə yaradılmış və Azərbaycan brendi olan “ASAN xidmət” çərçivəsində 13 milyondan artıq insana müxtəlif xidmətlər göstərilməklə yüksək vətəndaş məmnunluğuna nail olunmuş, verilən sənədlərin 40 faizdən çoxu məhz ASAN mərkəzlərində fəaliyyət göstərən ədliyyə işçilərinin payına düşmüşdür.
Həmçinin şəffaflığın təmin olunması məqsədilə nazirliyin 10 internet saytı interaktiv rejimdə fəaliyyət göstərir, müxtəlif mətbu nəşrlər, illik toplular çap olunur, vətəndaşlara ədliyyə fəaliyyəti üzrə 25 elektron xidmət göstərilir. Vətəndaş cəmiyyəti institutları, xüsusilə bu il yaradılmasının 10 illiyini qeyd etdiyimiz və müxtəlif ədliyyə sahələri üzrə fəaliyyətə geniş cəlb olunan ictimai komitə ilə səmərəli əməkdaşlığımız da şəffaflığa, ictimai iştirakçılığa xidmət edir.
Ədalət mühakiməsinin səmərəliliyinin artırılmasında məhkəmə qərarlarının icrası xüsusi əhəmiyyət kəsb edir. Qeyd olunmalıdır ki, əhalinin məhkəmələrə inamının təzahürü olaraq baxılan işlərin sayının çoxalması icra xidmətində də iş həcminin xeyli artmasına səbəb olmuşdur.
Bu sahədə işin müasir tələblər səviyyəsində qurulması, icra orqanlarının fəaliyyətində operativliyin və şəffaflığın təmin olunması məqsədilə elektron icra xidmətinin tətbiqi, habelə icra məmurlarının peşəkarlığının artırılması üzrə tədbirlər görülmüş, o cümlədən metodiki kömək məqsədilə “İcra haqqında” qanunun kommentariyası hazırlanaraq onların istifadəsinə verilmişdir.
Cənab Prezident İlham Əliyevin ədliyyə sahəsinə göstərdiyi diqqət və qayğısı ədliyyənin inkişafında səmərəli fəaliyyətində biruzə verir.
Peşə bayramınız mübarək əziz həmkarlarım.
İradə Kazımova
Suraxanı rayon Qeydiyyat şöbəsinin rəisi