Nəhayət gözlədiyimiz gün də gəlib çıxdı. Şəhərimizin 70 illik yubileyini böyük sevinc hissi ilə qarşıladıq. Sumqayıtın abadlışmasında və quruculuq işlərində böyük zəhmətlə çalışan insanlar bu günü xüsusi ilə bayram etdilər. Şəhərin elə böyük yüz illiklərə dayanan tarixi olmasa da, 70 illik bir tarixi var və bu tarixdə adını Sumqayıtın qurucuları sırasında çəkdirən insanlar da çoxdur. Hörmətli başçımız cənab Zakir Fərəcovun gördüyü işlər göz oxşayır. Möcüzələr yaradıb cənab başçımız. İllərdir parad görməyən respublikamızda bu il böyük bir parad keçirildi. Bu barədə istəyirəm əməkdar məşqçi Fuad Aslanov danışsın:
-Bəli, bu il Sumqayıtın 70 illiyini qeyd etdik. Doğma şəhərimizin 70 illiyi münasibəti ilə şəhərimizdə bir sıra tədbirlər keçirildi. Bizim idman məktəbnin idmançıları da 15-20 noyabr 2019-cu il tarixlərində Göygöl və Şirvan şəhərlərində Stolüstü Tennis üzrə 2006 və kiçik yaşlı yeniyetmələr arasında keçirilən Azərbaycan birinciliyinin zona yarışlarında məktəbin komandaları I-yer tutdular. 23-24 noyabr 2019-cu il tarixində Taekvondo üzrə yeniyetmə oglan və qızlar arasında "Sumqayıt şəhərinin 70 illiyi"nə həsr olunmuş məktəbin birinciliyi keçirildi.Qalib və mükafatçılar diplom və medalarla təltif olundular.
Cənab başçımız Sumqayıtın inkişafında və quruculuğunda əməyi olan insanların əməyini qiymətləndirdi. Təhsil sahəsində xüsusi əməyi olan Ofelya xanım Babayevaya, şair Əşrəf Veysəlliyə və bir çoxlarına xüsusi adlar, fəxri fərmanlar və diplomlar verildi. Elə mən də Azerbaycan Respublikasinin prezidentinin fəxri diplomu ilə təltif olundum. Mən bütün sumqayıtlıları və fəxri adlar alanların hamısını ürəkdən təbrik edirəm.
Biz də öz növbəmizdə Azerbaycan Respublikasinin Prezidentinin fəxri diplomu almasi munasibeti ilə Fuad Aslanovu təbrik edir, işlərində uğurlar arzulayırıq. Uğurların daim olsun, Fuad müəllim!
365 gün qəzeti