Təhsilin inkişafı hər bir ölkədə inkişaf konsepsiyasının mühüm tərkib hissəsidir. Azərbaycan da bu ölkələr sırasındadır. Ölkəmizdə son illərdə təhsilin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər deməyə əsas verir ki, Azərbaycan öz gələcəyini daha etibarlı və inamlı görmək əzmindədir. Bundan başqa, zəngin təbii sərvətləri ilə dünyanın diqqətində olan Azərbaycan bu sərvətlərdən səmərəli istifadə ilə insan kapitalının daha da inkişaf etdirilməsini başlıca istiqamət seçmişdir.
Ulu öndər Heydər Əliyevin Azərbaycana hər iki rəhbərliyi dövründə ölkəmizdə elm və təhsilin inkişafı üçün zəruri hüquqi baza yaradılmış, insanların təhsil hüququ, icbari ümumi orta təhsil, istedadlı gənclərə ali təhsil verilməsi Konstitusiya səviyyəsində təsbit olunmuşdur. Ölkənin bir sıra şəhər¬lərində dövlət universi¬tetləri yaradılmış, onlar bölgələrdə elm, mədə¬niyyət və təhsil mərkəzlərinə çevrilmişlər. Bəzi ixtisas sahələri üzrə yeni ali məktəblər açılmış, onlar maddi-texniki baza və müasir ava¬dan¬lıqla təchiz olunmuşdur. Bir çox dövlət ali məktəb¬lərinin binaları müasir tələblər səviyyəsində təmir edilmiş, bəzi özəl universitetlər üçün yeni tədris binaları tikdirilmişdir. Xarici ölkələrin ali məktəbləri ilə əlaqələr yaradılmış, təcrübə mübadiləsi müntəzəm xarakter almışdır. Müəllim¬lə¬rin maaşı surətdə artırılmış, büdcədən təhsilə ayrılan və¬saitin miqdarı ilbəil artmışdır. Bütün bunlar təhsilə dövlət qayğısının təzahürləridir.
Hazırda Prezident İlham Əliyev tərəfindən də təhsilin inkişafına göstərilən diqqət və qayğı onu təsdiqləyir ki, bu vacib sahə amil son dövrlərdə dövlət siyasətinin əsas prinsipləri sırasına daxil edilmişdir. Bu proses təkcə paytaxt ilə məhdudlaşmır, bölgələri də əhatə edir. Heydər Əliyev Fondunun dövlət səviyyəsində həyata keçirilən bu fəaliyyət proqramına verdiyi dəstək isə öz əhəmiyyəti ilə seçilmişdir. Fond ölkədə məktəb tikintisində yaxından iştirak etməklə yanaşı, onların əyani vəsaitlər, şagirdlərin isə məktəb ləvazimatları ilə təmin olunmasında mühüm rol oynamışdır. Bu proses indi də davam edir. Təhsil ictimaiyyətinin fikrincə, son zamanlar cənab Prezident İlham Əliyevin ölkə təhsilinin inkişafı üçün atdığı çoxsaylı addımlardan üçünü xüsusi qeyd etmək zərurəti yaranır.
Birinci addım ondan ibarətdir ki, Prezidentin müvafiq Sərəncamı ilə ölkədə “Ən yaxşı müəllim” və “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqələr keçirilir və qaliblər yüksək səviyyədə mükafatlandırılırlar. İkinci addım paytaxt məktəblərinin fəaliyyətinin səmərəliliyin artırılması, Bakı təhsil sisteminin daha mükəmməl şəkildə idarə edilməsi məqsədilə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin yaradılmasıdır. Bu addımın öz müsbət nəticələrini verməsi barədə çoxsaylı təqdiredici fikirlər səsləndirilməkdədir. Bu mənada “Təhsil əsri” elan edilən XXI əsrdə yüksək intellektə malik insan kapitalının formalaşması və güclü iqtisadiyyatın qurulmasında təhsilin rolu heç vaxt indiki qədər aktual olmamışdır.
Dövlətin xüsusi qayğısı sayəsində təhsil sahəsində ən diqqət çəkən məqamlar ölkədə məktəb tikintisinin geniş vüsət alması ilə bağlıdır. Bu problemin həlli – məktəblərdə əsaslı təmir-tikinti işlərinin aparılması, müasir tipli yeni təhsil ocaqlarının inşası regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarında, ölkə başçısının fərman və sərəncamlarında öz əksini tapmışdır.
Azərbaycanda təhsilin inkişafı və xalqımızın gələcəyi üçün sağlam vətəndaşların yetişdirilməsi ümummilli məsələyə çevrilmişdir. Bu, ilk növbədə dövlətin müəyyənləşdirdiyi təhsil strategiyasının tələbidir. Hansı sahədə fəaliyyət göstərməyimizdən asılı olmayaraq hər birimiz bu ali məqsədin reallaşmasında yaxından iştirak etməliyik. Çünki xalqımızın gələcəyi və sivilizasiyalı dünyaya inteqrasiyasının yeganə yolu məhz təhsilin inkişafından keçir.
Qönçə Səftərova
Sumqayıt şəhər Təfəkkür liseyinin direktoru