Masallı rayon ictimaiyyəti arasında böyük nüfuz sahibi Ələşrəf müəllim-mənim üçün alicənablıq,xeyrxahlıq,paklıq,düzgünlük,təmənnasızlıq yüksək mənəvi hisslərə malik,müdriklik və mərdlik məktəbidir.
Ələşrəf müəllimin həyat salnaməsi vərəqləndikcə onun nəyə qadir olduğunu, mühüm vəzifələrdə işlədiyi dövrdə insanlara həyat qanunlarını düzgün dərk etmək və onları istiqamətləndirməyi elmi nəzəri savadı və uzun müddətli təcrübəsi ilə yol göstərən bir xeyirxah insan və müəllim olduğunu aydın görmək olar.
Əsas simaları, vəzifdə işlədikləri dövrdə müsbət əməllərinə görə tanıyırlar.Bəli bizim Ələşrəf müəllim həyatda mübariz olmaqla,kiməsə edilən ədalətsizliklərə qarşı çıxıb,haqqın qalib gəlməsinə daim çalışmış və hazırdada çalışlır.Yaşının müdrik vaxtındada kiminsə əziyyət çəkməsinə razılaşmayan Ələşrəf müəllim öz imkanı daxilində kömək əllərini uzatmağı əsirgəmir.Ə.Niftiyev dövlətçilikdə sədaqəti ilə seçilən tanınmış ziyalı kimi digərlərinə düzgün yol göstərən olmuşdur.
Tanınmış yazıçı publislisit,jurnalist,ictimai xadim Ə.Niftiyev öz bədii yaradıcılığının məhsulu olan kitablarında müasir dövrümüzün aktual məsələlərini işıqlandırmaqla zəmanənin nəbzini tutub,insanları ümidili olmağa səsləyir.
Doğma müəllimim Ə.Niftiyev haqqında çox ziyalılar öz qəlblərindən gələn sözlərini yazmaqla ona olan ehtiramlarını bir daha bildirirlər.
Mən də əziz müəllimim Ə.Niftiyev yubileyiniz-anadan olmağınızın 75 illiyi münasibətilə ürəkdən təbrik edir,sizə möhkəm can sağlığı,xoş günlər və firavan həyat arzulayıram..
Soltanağa Cəfərov-Masallı Dövlət Regional Kollecinin müəllimi
AJB-nın üzvü.Bölgə müxbiri