Osloda keçirilən qadınlar arasında biatlon üzrə dünya çempionatında 12,5 km məsafəyə mass-start yarışlarında İtaliya təmsilçisi Doroteya Virer qalib gələrək yarış tarixində dünya kubokuna sahib çıxan ilk italyan olub.
ulusestv.az AZƏRTAC-a istinadla xəbər verir. Ölkənin Trentino-Alto-Adidce bölgəsindən olan 28 yaşlı idmançı öz təəssüratlarını bölüşərək deyib: “İtaliyada bu idman növü ilə məşğul olanlar çox deyil, lakin biz böyük həvəs bu sənətə canımızı qoyuruq”.