Aprelin 24-də futbol üzrə Türkiyə Kubokunun ilk cavab yarımfinal qarşılaşması keçirilib. “Akhisar Bələdiyyəspor” klubu doğma meydanda “Ürmaniyəspor”u qəbul edib.
ulusestv.az AZƏRTAC-a istinadən xəbər verir ki, “Akhisar” stadionunda baş tutan oyun hücumlarla yada qalıb. Oyunda yeganə qolu 37-ci dəqiqədə meydan sahiblərinin hücumçusu Sokol Çikalleşi vurub. Beləliklə, "Akhisar Bələdiyyəspor" iki oyunun cəmində "Ümraniyəspor"u 2:0 hesabı ilə məğlub edərək, Türkiyə Kubokunun final mərhələsinə yüksəlib.
Yarımfinal mərhələsinin digər cavab qarşılaşması aprelin 25-də "Yeni Malatyaspor" və "Qalatasaray" arasında baş tutacaq.