Azərbaycanın yeniyetmələrdən ibarət cüdo komandası Qazaxıstan çöllərində donma təhlükəsi keçirib.
Uluses.com“Qafqazinfo” ya istinadən xəbər verir ki, Azərbaycanın Aktau şəhərindəki Baş Konsulu Elmar Məmmədovun reala verdiyi məlumata görə, dekabrın 6-da Atırau vilayətində polis Atırau-Həştərxan avtomobil yolunda xarab olub qalan mikroavtobus aşkar edib.
Avtobusun salonunda 16 məktəbli və onları müşayiət edən üç yetkin şəxs olub. Məlum olub ki, mikroavtobus Azərbaycanın cüdo üzrə yeniyetmələrdən ibarət komandasını Atırau vilayətinə, beynəlxalq yarışa aparırmış.
Konsul bildirib ki, Bakıdan olan gənc cüdoçular dekabrın 10-a qədər Atırauda qalacaqlar.
***
Azərbaycanın Qazaxıstandakı səfirliyi məsələ ilə bağlı açıqlama verib.
Səfirliyin mətbuat xidmətindən haqqin.az-a verilən məlumata görə, Qazaxıstan mediasının səhv etdiyi məlum olub. Qazaxıstanın çöllərindəki yolda azərbaycanlı cüdoçular yox, Dağıstan güləşçiləri donublar.
Qazaxıstanın Atrau şəhərində 2006-2008-ci il təvəllüdlü gənclər arasında keçirilən sərbəst güləş üzrə beynəlxalq turnirdə Azərbaycan idmançılarının iştirakı barədə məlumat həqiqətə uyğun deyil. Beynəlxalq yarışda iştirak edən və yolda çətin vəziyyətdə olan komanda Rusiya sərbəst güləşçilərindən ibarətdir. İlkin məlumata görə, onlar Rusiya Federasiyası Dağıstan Respublikasının Dərbənd şəhərinin sakinləridir.